Fərhad Mirəliyev

Fərhad Mirəliyev

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Azərbaycanda həmin gün ilk dəfə 1917-ci ildə bayram edilmişdir. 1965-ci ildə Azərbaycan SSRİ-də martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilmişdir. Azərbaycan müstəqillik əldə edəndən sonra martın 8-i öz bayram statusunu saxlamışdır.

1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

9 sentyabr 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov tədbirdə çıxışı zamanı bildirib ki, Prezident Ilham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”sərancamından irəli gələn vəzifələr olkə başçısının turizm sənayesinin dinamik inkişafına davamlı diqqət və qayğısının sübutudur. Məhz 1sentyabr tarixli müvafiq sərancamlar turizmin Azərbaycan iqtusadiyyatının aparıcı sahəsi olmaqla yeni mərhələdə inkiışaf tendensiyasının başlanğıcından xəbər verir. E.Aslanov Elmi şuranın gündəliyində yer alan hesabat-məruzələrdə ali təhsil müəssisəsinin fəaliyyət proqramına uyğun olaraq iştirakçılar tərəfindən irəli sürülən təkliflərin icra mexanizmi ilə bağlı fikir mübadiləsi aparılacağını qeyd edib.”Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayevanın “Azərbaycan Turizm və Menecment Universitetində 2016-2017-ci tədris ilinə hazırlığın vəziyyəti” haqqında hesabat-məruzəsində qeyd etdi ki, Ali təhsilin bakalavr səviyyəsində ATMU-nun 13 ixtisası üzrə 470 plan yerindən 467si dolmuş, 454 nəfər qeydiyyatdan keçmişdir. Magistraturanın 9 ixtisası üzrə 96 plan yerindən 82-nə qəbul olsa da, qeydiyyatdan cəmi 53 tələbə keçmişdir. Bununla da, ATMU respublikanın 49 ali təhsil müəssisəsi arasında 99,36% göstəricisi ilə 5-ci yeri tutmuşdur. Elmi şura iclasında ATMU, o cümlədən H.Əliyev lektoriyasının “2016 -2017-ci tədris ili üçün iş planları” və s.cari məsələlər səs çoxluğu ilə təsdiq edildi.

2016/2017-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universiteti tələbələrindən (ATMU) 10 nəfər ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramları çərçivəsində dünyanın müxtəlif universitetlərində bir semestr müddətində təhsil almaq imkanı qazanıb. ATMU-nun mətbuat xidmətindən bildirilib ki, son iki il ərzində Mövlanə Mübadilə proqramı çərçivəsində fəal iştiraka görə yeni tədris ilinin birinci semestrində Azərbaycan Turizm və Menecment Universitetinin 2 tələbəsi Türkiyə Respublikasının Akdeniz və Sakarya Universitetlərində turizm və sosial iş ixtisasları üzrə təhsil alacaq. Müvafiq olaraq Erasmus+ KA1 proqramı çərçivəsində 2 tələbə Finlandiya Respublikasının Kajaani Universitetində Turizm, 2 tələbə Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində Tərcümə, daha 2 tələbə isə Almaniya Federativ Respublikasının Yade Tətbiqi Elmlər Universitetində Turizm və Menecment ixtisasları üzrə bir semestr müddətində təhsilini davam etdirəcək. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyə Respublikasının Kastamonu Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq turizm ixtisasının 6 tələbəsi isə adıçəkilən universitetdə oxuyacaq. Qeyd etməliyik ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007 – ci ildə bağlanan əməkdaşlıq proqramına müvafiq olaraq sentyabr ayında keçiriləcək tələbə seçimində fərqlənənlər Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 3 il müddətində təhsil ala biləcəklər. Bu bir faktdır ki, indiyədək ATMU məzunlarından 154 nəfər eyni zamanda Avstriya - Azərbaycan Turizm Proqramını uğurla başa vuraraq iki diploma sahibləniblər. Universitet olaraq fəaliyyətinin 11-ci ilində ATMU Fransa Respublikasında və Böyük Britaniya Krallığında fəaliyyət göstərən bir neçə universitetlə əməkdaşlığa dair anlaşmanın imzalanması prosesi ərəfəsindədir. Bugünlərdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən Mərakeş Krallığı, Misir Ərəb Respublikası və s. ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirlik rəsmiləri ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin 22 həftəlik istehsalat təcrübəsinin təşkili barədə məqsədyönlü danışıqlar aparılır.

1 -dən səhifə 14

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…