Fərhad Mirəliyev

Fərhad Mirəliyev

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

13 iyul 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Fransa Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfirliyinin əməkdaşları – Yohan Şitterer (Əməkdaşlıq və Mədəniyyət müşaviri) və Baptiste Mignot (təhsil işləri üzrə attaşe) ilə görüş keçirilib. ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d. dos.Eldar Aslanov qonaqlara ali təhsil müəssisəsinin Fransa universitetləri ilə müştərək həyata keçirdikləri layihələrin əhəmiyyəti, mövcud və perspektiv müstəvidə icrası planlaşdırılan işlər haqqında detallı məlumat verib. Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr və Keyfiyyət təminatı şöbəsi əməkdaşlarının da iştirakı ilə keçirilən görüş zamanı, o cümlədən universitet tələbələrinin Fransada istehsalat təcrübələrinin təşkili məsələsi və adıkeçən ölkənin turizm təşkilatlari ilə əməkdaşlıq imkanları müzakirə predmeti olub.

12 may 2016-cı il tarixində mətbuatda ATMU-da 5 illik fəaliyyəti tamam olan kafedra müdirliyinə yeni namizədlərin seçki yolu ilə seçilməsi üçün elan verilmişdir. Azərbaycan Respublikası “Təhsil Haqqında” 19 iyun 2009-cu il tarixli Qanunu, Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsini və Azərbaycan Turizm və Menecment Universitetinin “Kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nı rəhbər tutaraq 13 iyul 2016-cı il tarixindən ATMU-nun “Kafedra müdiri və dekan vəzifəsinə seçkilər üzrə komissiyası”nın qərarı ilə: i.ü.f.d., dosent Vüqar Mehrəli oğlu Nəzərov “İqtisadiyyat”kafedrasının; f.ü.f.d., dosent Əzizə Qurban qızı Məmmədova “İngilis dili” kafedrasının; f.e.n. dosent Kamalə Təhsin qızı Kərimova “Dillər” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Tədqiqat və inkişaf şöbəsinin təşəbbüsü ilə ali təhsil müəssisəsinin əməkdaşları üçün təşkil olunan ikigünlük təlimə yekun vurulub. Təlimdə Doktorantura və əlavə təhsil şəbəsinin müdiri,fizika-riyaziyyat elmləri namizədi,dosent Nəsrulla Nəsirlinin “Təhsildə keyfiyyət standartlarının yüksəldilməsi və sillabusların təkmilləşdirilməsi" mövzusunda etdiyi məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Universitetin Tədqiqat və inkişaf şöbəsinin müdiri,tarix elmləri doktoru Şəlalə Məmmədovanın müasir tədris növləri, tələbələrin biliklərinin qiymətləndirilməsi və onların müasir sillabuslarda əks olunmasına dair məlumatları geniş müzakirə predmeti olub.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov ali təhsil müəssisəsində Paris 1 Pantenon - Sorbon Universitetinin nümayəndəsi Florent Prantlong ilə görüşüb. ATMU-nun inkişaf strategiyasını detallı şərh edən rektor C.Cəfərov mümkün əməkdaşlıq imkanlarına münasibət bildirib. Univesitet tələbələrinin Fransanın Paris 1 Pantenon - Sorbon universitetinin təşkil etdiyi yay məktəbində iştirakında, tələbə-müəllim mübadiləsində və ikili diplom proqramının uğurlu həllində maraqlı tərəf olduğu diqqətə çatdırılıb. Görüşdə ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva,Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəlalə Məmmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.

5 -dən səhifə 15

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…