Fərhad Mirəliyev

Fərhad Mirəliyev

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

27 və 28 noyabr 2015-ci il tarixində Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının Vyana Mərkəzi tərəfindən dünyadakı uşaq evlərinə yardım məqsədi ilə 47-ci Beynəlxalq Bazar Festivalı keçirilib. Bu beynəlxalq tədbirdə Amerika, Türkiyə, Macarıstan, Avstraliya, Yeni Zelandiya və sair dövlətlərin nümayəndə heyətləri sırasında ,Azərbaycan da geniş tərkibdə təmsil olunub.

1 dekabr 2015-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Şahin Paşazadə və Əfruz Məmmədova Avstriyanin İMC Krems TEU-nun təşkilatçılığı ilə adı qeyd edilən şəhərdə təşkil olunan Beynəlxalq Yarmarkanın iştirakçısı olublar.Tələbə mübadiləsi proqramı çərçivəsində təhsil alan universitet tələbələrinin Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycana həsr etdikləri təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

3-6 dekabr 2015-ci il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Rüfət Mirfeyzullazadə, Nərmin Məmmədova, Güldanə Dadaşova, Anastasiya Pavlotskaya, Natavan Rzayeva və Ruslan Əlizadə Bakı şəhərində “Avropa Gənclər Parlamenti – Azərbaycan” İctimai Birliyi tərəfindən təşkil olunan “Dördüncü Milli Seçki Konfransı” sessiyasında üğurla iştirak ediblər.Ali təhsil ocağının tələbələrindən Anastasiya Pavlotskaya və Rüfət Mirfeyzullazadə 125 gənc arasında xüsusi ilə fərqlənərək 2016-cı ildə Dublində keçiriləcək 81-ci və Rendə keçiriləcək 82-ci Beynəlxalq Sessiyalarda Azərbaycanı təmsil etmək hüququ qazanıblar. Tədbir çərçivəsində ATMU-nin 2-ci kurs tələbəsi Rüfət Mirfəyzullazadə xarici qonaqlar üçün Qobustan turunu təşkil edib. Qeyd etmək lazımdır ki, Avropa Gənclər Parlamenti hər il Avropanın 41 ölkəsində 30 mindən çox gəncin iştirakı ilə 350-dən çox regional, beynəlxalq və yerli tədbirə imza atır.

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 25 fevral 2016-cı il tarixində Avropa Ittifaqının (Aİ) maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən Tvvinnq proqramının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub.Tədbirdə layihənin Daimi Tvvinninq müşaviri Herbert Paulişin və baş mütəxəssis Ana Raduleşku ali təhsil ocağının Sosial iş ixtisası üzrə III kurs bakalavr və II kurs magistr tələbələri ilə istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, həmçinin nəzərdə tutulan icra müddəti ərzində görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, adı qeyd edilən layihə çərçivəsində Sosial iş ixtisasında təhsil alan tələbələrin təcrübə semestrinə,o cümlədən yay tanışlıq təcrübəsinə dəstək veriləcəkdir. Onlara müvafiq istiqamətlərdə rəhbərlik ediləcəkdir. Layihə çərçivəsində növbəti görüşlər aprel ayının əvvəllərinə planlaşdırılır.

10 -dən səhifə 15

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…