Fərhad Mirəliyev

Fərhad Mirəliyev

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

2016/2017-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universiteti tələbələrindən (ATMU) 10 nəfər ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramları çərçivəsində dünyanın müxtəlif universitetlərində bir semestr müddətində təhsil almaq imkanı qazanıb. ATMU-nun mətbuat xidmətindən bildirilib ki, son iki il ərzində Mövlanə Mübadilə proqramı çərçivəsində fəal iştiraka görə yeni tədris ilinin birinci semestrində Azərbaycan Turizm və Menecment Universitetinin 2 tələbəsi Türkiyə Respublikasının Akdeniz və Sakarya Universitetlərində turizm və sosial iş ixtisasları üzrə təhsil alacaq. Müvafiq olaraq Erasmus+ KA1 proqramı çərçivəsində 2 tələbə Finlandiya Respublikasının Kajaani Universitetində Turizm, 2 tələbə Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində Tərcümə, daha 2 tələbə isə Almaniya Federativ Respublikasının Yade Tətbiqi Elmlər Universitetində Turizm və Menecment ixtisasları üzrə bir semestr müddətində təhsilini davam etdirəcək. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyə Respublikasının Kastamonu Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq turizm ixtisasının 6 tələbəsi isə adıçəkilən universitetdə oxuyacaq. Qeyd etməliyik ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007 – ci ildə bağlanan əməkdaşlıq proqramına müvafiq olaraq sentyabr ayında keçiriləcək tələbə seçimində fərqlənənlər Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 3 il müddətində təhsil ala biləcəklər. Bu bir faktdır ki, indiyədək ATMU məzunlarından 154 nəfər eyni zamanda Avstriya - Azərbaycan Turizm Proqramını uğurla başa vuraraq iki diploma sahibləniblər. Universitet olaraq fəaliyyətinin 11-ci ilində ATMU Fransa Respublikasında və Böyük Britaniya Krallığında fəaliyyət göstərən bir neçə universitetlə əməkdaşlığa dair anlaşmanın imzalanması prosesi ərəfəsindədir. Bugünlərdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən Mərakeş Krallığı, Misir Ərəb Respublikası və s. ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirlik rəsmiləri ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin 22 həftəlik istehsalat təcrübəsinin təşkili barədə məqsədyönlü danışıqlar aparılır.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov ali təhsil müəssisəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 01.09.2016-cı il tarixində Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında, Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında, Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında imzalanmış sərəncamları “Azərbaycanda turizmin dinamik inkişafında yeni mərhələnin başlanğıcı olduğunu” deyib. Tədbir iştirakçılarının diqqətinə çatdırırlıb ki, ATMU-nun 10 illik fəaliyyəti dövründə “Azərbaycan Respublikasının regionlarının sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında “25 avqust 2005-ci il tarixli Sərəncamından irəli gələn tədbirlər planına müvafiq olaraq Azərbaycan Turizm İnstitutunun yaradılması ilə turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması bu sahədə atılan ən vacib addımlardan biri olmuşdur. 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan Azərbaycan Turizm İnstitutu keçən müddət ərzində bu sahədə yaradılan yeni obyektləri ixtisaslı kadrlarla təmin etməkdə aparıcı təhsil müəssisəsi imicini qazanmışdır. Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə 22 dekabr 2014-cü il tarixində ölkə başçısı tərəfindən imzalanan daha bir sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizm idarəçiliyinin inkişafına və bu sahədə kadr hazırlığına olan xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan Turizm və Menecment Universitetində inzibati və padaqoji heyət üzvlərinin xarici dilləri bilmək səviyyəsini yüksəltməkdən ötrü xüsusi kursların təşkilinə böyük önəm verilir. Ali təhsil müəssisəsində ingilis və italyan dili kursları öz fəaliyyətini başa çatdırıb. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, bugünlərdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaxından dəstəyi ilə universitetin inzibati-pedaqoji heyət üzvləri üçün fəaliyyəti 3-5 ay nəzərdə tutulan ərəb dili kursu təşkil olunub. Ərəb dili kursu Dr.Əşrəf Əbdülqadir Fərəq Mohamed tərəfindən aparılır Qeyd edək ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən Bakıya dəvət olunan Dr.Əşrəf Əbdülqadir Fərəq Mohamed Misir dövlətinin maliyyə yardımı ilə Bakı Dövlət Universiteti, ADA Universiteti, Avrasiya Universiteti,həmçinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində ərəb dilini tədris edir. Ərəb dili və ədəbiyyatına dair bir sıra məqalələrin müəllifidir.

Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan tələbələrindən 2 nəfər Türkiyə Respublikasının Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə fəaliyyət göstərən “ Mədəni körpülər” adlı yay məktəbində olub. Adıkeçən yay məktəbinin dinləyici korpusu 25- dən çox ölkənin müxtəlif sahələr üzrə nüfuzlu ali təhsil müəssisələrinin tələbələrindən formalaşıb. Yay məktəbinin dinləyicilərinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslıqa dair seminarlar keçirilib. O cümlədən Türkiyə Respublikasının müxtəlif şəhərlərinə gəzinti-tanışlıq turları təşkil edilib. Qeyd etmək lazımdır ki, 2010-cu ildən bugünədək ATMU tələbələrindən 12 nəfəri yay məktəbində olub.

 

3 -dən səhifə 15

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…