Biznesin idarəedilməsi ixtisası əsasən kommersiya təşkilatlarının maliyyə, marketinq, insan resurslarının idarəedilməsini, strateji planlanlarının hazırlanmasını, beynəlxalq ticarət protokollarını tədris edir.Biznesin idarəedilməsi sahəsində çalışanlar biznes menecerlər adlanırlar.Biznes idarəedilməsi ixtisasının işçiləri (biznes menecerlər) necə olmalıdır?Biznes menecelər gərgin situasiyalarda çalışmağı bacaran, düzgün nitq və davranışa sahib olmalıdır. Xarici dil bilgisi menecer üçün xarici müştəriləri və tərəfdaşlarla ünsiyyət qurmaq üçün mütləqdir. Biznes menecer maliyyə, marketinq, iqtisadiyyat, kargüzarlıq kimi sahələr haqda savada malik olmalıdır.
ATMU-da tədris edilən biznes idarəçiliyi ixtisası haqqında məlumatlar
İxtisas şifrəsi 050409
İxtisas qrupu II
Tələbə sayı: 20
Təhsil forması: əyani
Tədris dili: azərbaycan
Müddət: 4il/8 semestr
Təcrübə müddəti: 20 həftə
Təhsil haqqı: 2800 AZN