Turizm və otelçilik (1)

Turizm və otelçilik

Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur.

Turizm və otelçilik ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. Hal – hazırda turizm bir çox ölkələrin büdcələrinin gəlirlərinin əsas hissəsini təşkil edir. Azərbaycanda turizm neft sektorundan sonra ikinci əsas prioritet sahələrdən hesab olunur.  Mütəxəssislərinin hesablamalarına görə, 2023 – cü ilə qədər ölkədə turizm işçilərinə olan tələbat 75.000 nəfərdən çox olacaq.Turizm və otelçilik sahəsi üzrə çalışanlar turizm turizm araşdırmaçıları, tur menecerlər, otelçilər adlanırlar. Turizm və otelçilik ixtisasını bitirənlər ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq təşkilatlarda, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində, digər qurumlarda işləyə bilərlər.Turizm və otelçilik sahəsində çalışanlar minimum bir xarici dildə (əsasən ingilis və rus dillərini) səlis ünsiyyət qurmağı bacarmalı, gülərüz və nəzakətli olmalıdır. Bu peşə həmçinin stressli vəziyyətlərdə işləməyi bacaran, dini və mədəni baxımdan tolerant olan kadrlara ehtiyac duyur. Bununla yanaşı turizm və otel ixtisasının tələbəsi yerli və beynəlxalq coğrafiyasını, Azərbaycanın və digər millətlərin tarixi, mədəniyyətlərini dərindən bilməli, rezervasiya proqramlarını öyrənməlidir.ATİ-də tədris edilən Turizm və otelçilik ixtisası haqqında məlumatlar

Ixtisas şifrəsi: 050810

İxtisas qrupu   II

Tələbə sayı: 140

Təhsil forması: əyani

Tədris dili: azərbaycan, rus,ingilis

Müddət: 4il/8 semestr

Təcrübə müddəti: 20 həftə

Təhsil haqqı: 3000 AZN

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…