Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər ixtisası  tələbələrə beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini tədqiq etməyi öyrədir. Bununla yanaşı diplomatik protokollar bu ixtisasın əsas predmetlərindəndir.Beynəlxalq münasibətlər ixtisası üzrə çalışanlar geniş formada diplomatlar adlanırlar.  Lakin bu ixtisas təkcə diplomatlar yetişdirməklə kifayətlənmir. Beynəlxalq münasibətlər ixtisasının məzunları həmçinin BMT, ATƏT kimi beynəlxalq təşkilatların regional ofislərində, müxtəlif qeyri – hökumət təşkilatlarının, özəl şirkətlərin və dövlət müəssisələrinin beynəlxalq münasibətlər/əlaqələr şöbəsində çalışa bilərlər.Beynəlxalq münasibətlər üzrə çalışan tələbələr necə olmalıdırlar?Adından da göründüyü bu ixtisas üzrə çalışmaq üçün minimum 1 beynəlxalq dil bilgilsi, xüsusən də ingilis dili mükəmməl şəkildə mənimsənilməlidir. Bu sahə düzgün yazıya, şifahi nitqə, davranışa, geyimə, qısacası diplomatik protokola xüsusi həssaslıqla yanaşır.Bu ixtisas üzrə ATİ – də təhsil almaq istəyən tələbələrə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən Youth in Action, Salto Youth proqramlarında, həmçinin müxtəlif beynəlxalq tədbirlərə aktiv qoşulmaq məsləhət görür. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən qeyri – hökümət təşkilatlarına qoşulmağınız sizə xüsusi köməklik göstərə bilər.

ATİ-də tədris olunan tərcümə ixtisası haqqında bəzi məlumatlar

İxtisas şifrəsi       050213

İxtisas qrupu          II

Tələbə sayı         2014-cü il 20 yer

Təhsil forması  əyani, qiyabi

Tədris dili    azərbaycan

Müddət  4 il/ 8 semestr

Təcrübə müddəti   8 həftə

Təhsil haqqı   2500 AZN

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…