Muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması

Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası tələbələrə müzey və tarixi – memarlıq abidələrin qorunmasını, bərpasını öyrədir. Qədim tarixi və mədəni abidələrə sahib olan Azərbaycanda bu ixtisasın xüsusi çəkisi vardır. Ölkəmizdə turizmin inkişafı, insanların sosial və mədəni durumunun yaxşılaşması yeni muzeylərin açılmasına, əhalinin muzeylərə ziyarəti sayının artmasına gətirib çıxarır.Həmçinin muzey və abidələr Azərbaycan turizminin xarici qonaqlara təklif edə biləcəyi əsas məhsullardan biridir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013cü il tarixli  sərəncamı ilə  «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi bu peşənin ölkəmiz üçün vacibliyinin göstəricisidir.Bu ixtisas sahib olan tələbələr müxtəlif muzeylərdə, qoruqlarda bələdçi və bərpaçı kimi çalışa bilərlər.

Muzey işçisi necə olamlıdır?

İlk öncə bu peşə sahibləri Azərbaycanın həmçinin digər ölkələrin tarixini, mədəniyyətini, abidələrin memarlıq üslubları dərindən bilməlidirlər. Nəzaktli, səlis nitq bu peşə sahiblərinə gələn yerli və xarici qonaqlara düzgün ünsiyyət qurması, tariximizi, mədəniyyətimizi tanıtması üçün vacibdir. Abidələrin qorunması işi xususi diqqət tələb edən peşədir.

Dil bilgisi bu peşə sahibləri üçün xarici qonaqlara lazımi məlumatların ötürülməsi üçün mütləqdir. 

ATİ-də tədris olunan müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası haqqında bəzi məlumatlar

İxtisas şifrəsi        050301

İxtisas qrupu            III

Tələbə sayı         2014-cü il 30 yer

Təhsil forması  əyani, qiyabi

Tədris dili    azərbaycan

Müddət  4 il / 8 semestr

Təcrübə müddəti   8 həftə

Təhsil haqqı   2500 AZN

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…