Azərbaycan Turizm və Menecment Universiteti və ASAN Könüllüləri Təşkialtı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. ATMU-nun rektoru İlham Mədətov mərasim iştirakçılarını salamladıqdan sonra diqqətə çatdırıb ki, imzalanacaq sənədi niyyətin rəsmiləşdirilməsi kimi dəyərləndirə bilərik.Rektor qeyd edib ki,  “ASAN xidmət”in özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. “ASAN xidmət”ə dünyada böyük maraq göstərildiyindən bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar. 2017-ci il 14 noyabr tarixində imzalanan Əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkifına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhvə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən 2017-ci il 15 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.İmzalanan memoranduma əsasən, ASAN könüllüləri ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizmin potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqların artırılması istiqamətində faəliyyətlərin icra olunması və kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

ATMU-da Azərbaycan Turizm və Menecment Universiteti ilə  Finlandiya ali təhsil və Turizm Şirkətinin “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində  işçi seminar keçirilib.Seminardan öncə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin əməkdaşları Mikko Keranan, Kaisa Merilahti, Turku Tətbiqi Elmlər Universitetinin əməkdaşı Jonna Heikkila, Anna Satovvari və Upitrek Turizm Şirkətinin yaradıcısı və rəhbəri Urpo Heikkinen, Ekoloji Tarazlıq İctimai Birliyinin sədri Aytən Poladova, o cümlədən birliyin digər nümayəndələrini qəbul edib. Görüş zamanı Azərbaycan Turizm və Menecment Universitetinin Finlandiya universitetləri ilə əlaqəsi, ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən tələbə- müəllim mübadiləsi və sair məsələlərdən danışılıb.  Qeyd olunub ki, son üç ildə universitetin dörd tələbəsi ERASMU+ proqramı çərçivəsində Finlandiyanın Kajaani Universitetində təhsil alıb. Daha iki əməkdaş təcrübə mübadiləsində olub. Kajaani Universitetinin professoru isə ATMU-da müvafiq fakültənin tələbələrinə “Davamlı turizm”mövzusunda seminar keçib. Görüş əsnasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.“Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İB və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaşlar Azərbaycan Turizm və Menecment Universiteti və Turizm İnformasiya Mərkəzləridir. Layihənin başlıca  məqsədi dayanıqlı kənd turizmini inkişaf etdirməklə kənd əhalisinin gəlirlərini artmaq, güzəran və  rifahını yaxşılaşdırmaqdan ibarətdir. Layihənin hədəf regionlarına Quba, Lənkaran-Astara, Şəki –Qəbələ daxildir. İşçi seminarda adı çəkilən beş regionda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi müzakirə edilib.

02 noyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində İsrailin ölkəmizdəki səfirliyi nümayəndələrinin universitetin “Turizm və otelçilik” ixtisasının III kurs tələbələri ilə informasiya xarakterli görüşü olub. Görüşü İsrail səfirliyinin Missiya Rəhbəri Müavini Avital Rosenberg giriş sözü ilə açaraq İsrail Dövlətinin coğrafi mövqeyi, adət-ənənəsi, iqlimi haqqında və eyni zamanda tələbələrə İsrailin Eilat şəhərində yerləşən “İsrotel” otellər şəbəkəsinin nüfuzlu otellərində təcrübə imkanı ilə bağlı ətraflı məlumat verib. Daha sonra 2016/17-ci tədris ilində İsrailin “İsrotel” otellər şəbəkəsində təcrübə keçən tələbələrdən Emil Hüseynzadə və Anastasiya Pavlotskaya xüsusi təqdimat-çıxışı zamanı ümumi təəssüratlar fonunda 5 aylıq istehsalat təcrübəsinin üstünlüklərindən, qarşıya çıxan  çətinliklərdən bəhs edib və öz tövsiyyələrini veriblər.Görüşün yekununda Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri  Nərminə Abdullayeva 2017/18-ci tədris ilində İsraildə təcrübə keçmək arzusunda olanların bu ilin noyabr ayının 18-nə kimi ərizə ilə müraciət etmələrini tələbələrin diqqətinə çatdırıb. Eyni zamanda səfirlik nümayəndələrinin ATMU-nun rektoru İlham Mədətovla görüşü baş tutmuşdur. Görüşdə universitetlə səmərəli əməkdaşlığın nəticəsi sayılan 10 illik layihə və bu layihənin dekabr ayında keçirilməsi planlaşdırılan yubiley tədbiri ilə bağlı söhbət aparılmışdır.

Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi dəstəyi ilə “Boston Modeli” Layihəsi formatında Universitet və Sənaye əməkdaşlığının icrası prosesinin tərkib hissəsi kimi, 30 oktyabr  2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında “ƏMƏKDAŞLIQ  HAQQINDA  ÇƏRÇİVƏ  RAZILAŞMASI”nın imzalanma mərasimi olub. Tədbiri ATMU-nun rektoru İlham Mədətov giriş sözü ilə açıq elan edərək hər iki tərəfin qarşılıqlı faydalanacağı bu anlaşmanın icrasının məqsədəuyğun şəkildə həyata keçirilməsini dəstəklədiyini bildirdi. Sözügedən razılaşma mərkəzin sərəncamında olan potensial üzrə müasir bilik və təcrübənin universitetdə istifadəsinə, universitet müəllimlərinin və tələbələrinin mərkəzin fəaliyyətinə cəlb edilməsinə və mərkəz ilə universitet arasında Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.Tədbirdə Mərkəzi Florida Universiteti və Cambridge Universitetinin məzunu Zəfər Həsənov, “Beynəlxalq Təlim və Layihə Mərkəzinin” İcraçı direktoru Tariyel Dövlətov tərəfindən iştirakçılara razılaşmanın detalları haqqında ətraflı məlumat verildi. Universitetin rektoru İlham Mədətov razılaşmada nəzərdə tutulan müddəallarla bağlı ATMU-nun müvafiq struktur rəhbərlərinə göstərişlərini verərək əməkdaşlığın önəmini bir daha vurğuladı. Tərəflərin razılaşma sənədlərini imzalanması mərasiminin sonunda Beynəlxalq Təlim və Layihə Mərkəzinin nümayəndələri Teymur Məmmədov və Zəfər Həsənov ATMU-nun tələbə heyəti üçün müvafiq təlimlər keçiriblər. Fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.

1 -dən səhifə 11

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…