Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və ASAN Könüllüləri Təşkilatı arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. ATMU-nun rektoru İlham Mədətov mərasim iştirakçılarını salamladıqdan sonra deyib ki, imzalanacaq sənədi niyyətin rəsmiləşdirilməsi kimi dəyərləndirə bilərik.

Rektor qeyd edib ki, “ASAN xidmət”in özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan brendi olan “ASAN xidmət” “Dövlət xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması” kateqoriyasında BMT Mükafatının birinci yer üzrə qalibi seçilib. “ASAN xidmət”ə dünyada böyük maraq göstərildiyindən bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

2017-ci ilin 14 noyabrında imzalanan əməkdaşlıq memorandumunun əsas məqsədi Azərbaycan gənclərində təhsil və elm sahəsinə olan marağın artırılması, gənclərin şəxsi inkişafına yönələn fəaliyyətlərə cəlb olunması ilə dövlət gənclər siyasətinə töhfə verilməsi, turizmin müxtəlif sahələri və istiqamətləri üzrə könüllülük fəaliyyətinin təşviq olunması sahəsində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planından irəli gələn sahələrin icrası və digər qarşılqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə edir.

İmzalanan memoranduma əsasən, ASAN könüllüləri ATMU tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaqlar. Tərəflər, həmçinin, birgə layihələrin, konfransların, seminarların, eyni zamanda ölkəmizin turizmin potensialının artırılması, sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətlərin icra olunması və kənd turizminin inkişafı istiqamətində fəaliyyət göstərəcəklər.

ASAN Könüllüləri Təşkilatı ilə əməkdaşlığa dair memorandum Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və ASAN Könüllüləri Təşkilatının sədri Bəxtiyar İslamov tərəfindən imzalanıb.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…