Sosial layihələrə dəstək və gənc kadrların hazırlanmasına xidmət edən strateji hədəflər əsasında Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Maliyyə ixtisasının tələbələri üçün adıçəkilən qrumun baş ofisində "Banklarda nağdsız əməliyyatlar"mövzusunda təlim-seminar təşkil olunub.SİA-nın məlumatına görə, təlim-seminarda ATMU tələbələrinə ölkə iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlarla bağlı bilgi verilib. Müasir elektron ödəniş alətlərinin geniş imkanları barəsində maarifləndirici məlumat alan tələbələr, eyni zamanda alqı-satqı əməliyyatlarına dair hesablaşmalarda kartlardan istifadəni şərtləndirən təbliğat kampaniyasının üstünkükləri ilə də tanış olublar.

Təlim-seminarın sonunda Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinə ”Amrahbank”ASC tərəfindən sertifikatlar təqdim edilib.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…