29 noyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın iclası keçirilib. ATMU-nun rektoru Ilham Mədətov Elmi şura üzvlərinin diqqətinə çatdırıb ki,  növbəti iclasın gündəliyinə “ATMU-da 2016/2017 tədris ili üzrə istehsalat təcrübə proqramının nəticələri haqqında”, “ATMU-da professor-müəllim heyətinin 2017-2018-ci tədris ili üçün komplektləşdirilməsi və inkişaf dinamikası haqqında” məruzələr və cari məsələlər daxil edilib. Universittin Tədris işləri üzrə prorektoru Eldar Aslanov ”ATMU-da 2016/2017-ci tədris li üzrə istehsalat təcrübə proqramının nəticələri haqqında” məruzəsində qeyd

edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün təhsil-tədris-təcrübə- təlim modelini ali təhsil müəssisəsi olaraq başlıca hədəf kimi dəyərləndiririk. Keyfiyyətli təhsil və peşəkarlığın təmin olumasında, təcrübə semestrinin təşkili ixtisaslı kadr hazırlığına təkan verir; -desək səhv etmərik. Bildirim ki,  Turizm və otelçilik ixtisası, eyni zamanda Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə təhsil alan tələbələr üçün təcrübə müddəti 22 həftə müəyyən edilib.

2016/2017-ci tədris ilində əyani şöbədə təhsil alan 140, eyni zamanda qiyabi şöbənin 24 nəfər tələbəsi istehsalat təcrübəsində olub. Həmin tələbələrdən 22 nəfəri akademik borclarının ötən tədris ili üzrə müəyyən edilən limiti keçməsi səbəbindən təcrübəyə buraxılmayıb.

2016/17-ci tədris ilində 59 nəfər Bakıda, 15 nəfər Azərbaycanın müxtəlif şəhər və rayonlarında (Qəbələ, Qax, Gəncə, Şəki, Lənkəran, Lerik, Balakən, Şabran, Göyçay, Mingəçevir, Lahıc), 49 nəfər xaricdə (Türkiyə, İsrail, ŞKTC, Rusiya) istehsalat təcrübəsində olub.

Azərbaycan Turizm və Menecment Universitetində tədris proqramına uyğun olaraq 2016/2017-ci tədris ilində II kursda təhsil alan 86 magistr-tələbə elmi-tədqiqat təcrübəsi, 43 magistr-tələbə isə pedaqoji təcrübəni uğurla başa vurub. 2017/2018-ci tədris ilində icrası planlaşdırılan istehsalat təcrübəsinin təşkilinə isə artıq başlanılıb. Elmi Şura iclasının gündəliyindəki  “ATMU-da professor-müəllim heyətinin 2017-2018-ci tədris ili üçün komplektləşdirilməsi və inkişaf dinamikası haqqında” məruzə edən universitetin İnsan resursları şöbəsinin müdiri Avtandil Bayramov qeyd edib ki, tədbirdə tələbə və professor-müəllim heyətinin fəaliyyətinə kompleks yanaşma,o cümlədən qiymətləndirmənin şəffaflığı təqdirəlayiqdir. Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətinin 2017/2018-ci tədris ili üçün İnkişaf  Dinamikasına əsasən deyə bilərik ki, Azərbaycan Turizm və Menecment Universiteti üzrə fənlərin tədrisini 184 nəfərlik professor-müəllim heyəti həyata keçirir. Bunlardan 7 professor, 56 dosent, 51 baş müəllim, 70 müəllim çalışır ki, onlardan 84 nəfəri elmi dərəcəsi olanlardır. 8 nəfər elmlər doktorundan – iki nəfər, 76 fəlsəfə doktorundan – 39 nəfəri ATMU- nun əməkdaşıdır. ATMU-da əsas iş yeri olan 92 nəfər professor-müəllim heyətindən 42 nəfəri elmi dərəcəsi olanlardır. Elmi Şuranın iclasında “ATMU-da 2016/2017 tədris ili üzrə istehsalat təcrübə proqramının nəticələri haqqında”, “ATMU-da professor-müəllim heyətinin 2017-2018-ci tədris ili üçün komplektləşdirilməsi və inkişaf dinamikası haqqında” məruzələr əlavə və təkliflər nəzərə alınmaqla qənaətbəxş hesab olunub.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…