2017-ci ildə PASHA travelin təşəbbüsü və  Azərbaycan Turizm və Menecmentin Universitetinin dəstəyi ilə müxtəlif əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc  AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyasından uğurla keçərək, Azərbaycan Respublikası ərazisində turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb.  Bu münasibətlə PASHA travelin ofisində hər üç tərəfin iştirakı ilə təltifetmə mərasimi olub. Gənc turizm bələdçiləri 5 aylıq-təcrübə və praktiki dərslərdən ibarət ixtisasartırma kursu keçib, fəxri bələdçilərdən ustad dərsləri alıblar. Bakı-Abşeron regionu üzrə marşrutlar və görməli yerlərə təşkil olunan model turlarda fərqlənən turizm bələdçiləri Dünya Turizm Bələdçiləri Assosasiyalar Federasiyasının beynəlxalq standartları əsasında qurulan bələdçi texniki peşə biliklərinə yiyələniblər.

ATMU-nun Tədris işləri üzrə  prorektoru Eldar Aslanov AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyası Komissiyasının ölkəmizdə bu istiqamətdə fəaliyyətini davam etdirdiyini, növbəti günlərdə digər məzun qruplarının təltifedilməsinin gerçəkləşdiriləcəyini diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov məzunları təbrik edib və imtahan komissiyasinin üzvü kimi, gənc bələdçilərin turizm sənayesində ölkəmizi layiqincə təmsil etməyə hazır olduqlarını deyib.

Sonda PASHA travel-in icraçı direktoru Florian Sengstschmid çıxış edərək, müvafiq məzunlarla birlikdə  Azərbaycanda ilk “BakuSightseeing.com” adlı onlayn tur bronlaşdırma platformasının yaradıldığını, adıçəkilən onlayn platformada turist auditoriyasına uyğun turların müxtəlifliyi nəzərə alındığından Bakıya təşrif buyuran qonaqların böyük marağına və təəccübünə səbəb olacağını deyib.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…