Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dillər kafedrasında rus dili həftəsi keçirilib.Tədbirin əsas məqsədi rus dilinin tədrisi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirəsi olub.“Rus dili həftəsi”ndə universitetin müvafiq struktur rəhbərləri, müəllimlər, Azərbaycanda Rusiya əməkdaşlığı nümayəndəliyinin baş  ekspert mütəxəssisi E.Şişkalova,  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mədəni məsələlər üzrə koordinatoru S.Zöhrabova  və başqaları iştirak ediblər.E.Şişkalova təmsil etdiyi qurumun ATMU ilə əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın rus dilinin tədrisinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.E.Şişkalova, S.Zöhrabova Turizm və Menecment Universiteti tələbələrini Rusiya informasiya-mədəniyyət mərkəzində fəaliyyət göstərən “Ünsiyyət klubu”na və qurum tərəfindən keçiriləcək tədbirlərə dəvət edib.“Dillər” kafedrasının müdiri, f.e.n., dosent K. Kərimova ATMU tələbələrinin, o cümlədən rus dilini də bilmələrinin vacibliyindən danışıb. Kafedranın dosenti İzzət Əfəndiyev tədbirdə  “Azəbaycan qruplarında rus dilinin tədrisi vəziyyəti” mövzusunda məruzə edib.Tədbirə Azərbaycan bölməsi tələbələrinin rus dilində çıxışları ilə yekun vurulub.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…