Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində məsul vəzifələr qoyub. Dövlətimizin başçısının 2018-ci il 10 yanvar tarixli digər Sərəncamına əsasən, cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.ATMU-da keçirilən tədbirdə əvvəlcə  Azərbaycanın Dövlət Himni səsləndirilib. AXC-nin 100 illiyi münasibətilə “İdarəetmədə multikurtural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransının iştirakçılarını salamlayan  Azərbaycan Turizm və Menecment  Universitetinin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov  qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan AXC ötən əsrin ikinci onilliyində dünya miqyasında baş verən mürəkkəb ictimai-siyasi hadisələr fonunda yaradılıb. Yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplər əsas götürülüb, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ulu Öndər 1997-ci il mayın 27-də Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təşkil edilən təntənəli yığıncaqdakı nitqində deyib: “Bu respublikanın yaranması və az müddətdə olsa da yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır”. Tarixən o qədər də uzun olmayan bir müddət –cəmi 23 ay mövcudluğuna baxmayaraq AXC çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olub.Azərbaycan Turizm və Menecment  Universitetinin tədbirlər planında qeyd edildiyi kimi ali təhsil müəsisəsində AXC-nin 100 illiyinin layiqincə qeyd edilməsi istiqamətində silsilə görüş və yığıncaqlar təşkil olunur.Universitetin prorektoru A.Eminov diqqətə çatdırıb ki, bu gün ”İdarəetmədə multikultural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransı öz işinə başlamazdan əvvəl AXC-nin100 illiyi münasibətilə keçirilən yazı müsabiqəsinin qaliblərinə ATMU-nun sertifikatları təqdim olunacaq. Bu bir faktdır ki, dövlət yalnız ağıllı, bacarıqlı, yüksək səviyyədə elmi biliklərə əsaslanan və idarəetmə qabiliyyətinə malik  insanlarının fəaliyyəti nəticəsində  inkişaf edə, yüksək naliyyətlər qazana bilərik. Müsabiqə qaliblərinə sertifikatlar təqdim olunduqdan sonra ATMU-nun Elm və innovasiyalar şöbəsinin müdiri  Nəsrullah Nəsirli  tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, müasir dövrdə ölkədə ali təhsil sahəsində islahatların əsas istiqamətlərinə ali təhsilin məzmunu ilə tələb olunan biliklər arasındakı uyğunsuzluğun aradan qaldırılması, idarəetmə sahəsi üçün kadr hazırlığı strukturunun əmək bazarının tələbatına uyğunlaşdırılması, ali məktəblərin bütun sahələrini əhatə edən kadr potensialının müasir tələblər səviyyəsinə qaldırılması üçün tədbirlərin görülməsi, ölkənin ali məktəbləri ilə dünyanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxildir. Fikrimizcə, elm və təhsilin inteqrasiyasını təmin etmək üçün ali təhsil müəssisələrinin nəzdində elmi-tədqiqat institutlarının, iri laboratoriyaların, konsaltinq və mühəndislik xidmətləri göstərən bölmələrin yaradılması məqsədəuyğundur. Ciddi problemlərin aradan qaldırılması məqsədilə qəbul olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyasından, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulmasından, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsindən, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsindən, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılmasından, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasından ibarətdir.N.Nəsirli daha sonra bildirdi ki, konfransın keçirilməsində əsas məqsəd idarəetmə metodlarının multikultural dəyərlər səviyyəsində işlənib hazırlanması, çoxdinli və müxtəlif inanclara malik çoxmillətli ölkə və cəmiyyətlərdə uğurla tətbiq edilməsinə nail olmaqdır. Qeyd etmək lazımdır ki,”İdarəetmədə multikultural dəyərlər”mövzusunda 3-cü Respublika elmi konfransına ölkəmizin müxtəlif ali məktəblərində çalışan tədqiqatçılar tərəfindən  26 məruzə təqdim olunub.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətovun imzaladığı tədbirlər planına uyğun olaraq mayın 24-də “Biznes idarəçiliyi fakultəsi” İqtisadiyyat kafedrasının əməkdaşlarının təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi siyasətinin müasir inkişaf istiqamətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə universitetin Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, adıçəkilən fakültənin dekanı Anar Mirzəyev, kafedra müdüri Vüqar Nəzərov, professor, müəllim və tələbə heyəti iştirak ediblər. Yubiley tədbirini giriş sözü ilə universitetin prorektoru Anar Eminov açaraq cümhuriyyətin yaranması və onun fəaliyyətinin xalqın dövlətçilik ənənələrinin bərpasında və milli mənlik şüurunun formalaşmasında təkzibedilməz  rolundan danışıb. Qeyd olunub ki, həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində mühüm addımlar atılıb və  əsaslı nəticələr əldə edilib. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin iqtisadiyyatın çiçəklənməsində və inkişafındakı böyük rolundan söz açan A.Eminov ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş uzaqgörən siyasəti  sayəsində davamlı və dayanıqlı iqtisadi inkişaf tendensiyalı uğurlarından detallı söz açıb. ATMU-nun mətbuat xidmətnin məlumatında bildirilir ki, bu gün universitetdə Tələbə Gənclər Təşkilatının dəstəyi ilə AXC-nin 100 illiyinə həsr olunan musiqilli- ədəbi tədbir keçirilib.

TƏBRİK EDİRİK

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbirdə İnnovasiya və yaradıcılıq sahəsində fərqlənən bir qrup qadına Müəllif Hüquqları Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərmanları təqdim edilmişdir. Azərbaycan Turizm və  Menecment  Universitetinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva və dekan müavini Flora Ələsgərova da fəxri fərmanla təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir. 19 aprel 2018 il tarixində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda  müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulmuşdur. Bu gün "Nağdsız hesablaşmalar" mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq”Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verdi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə "Amrahbank" ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirdi.

1 -dən səhifə 6

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…