Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət mühəndisliyi fakültəsi “Beynəlxalq münasibətlər” kafedrasının təşkilatçılığı ilə “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar üçün “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində təlim keçirilib. Təlimin təşkilatçısı kafedra müdiri Kənan Allahverdiyev və təlimin moderatoru isə kafedranın müəllimi Ayşəm Balayeva  idi.Təlimlərin keçirilməsində məqsəd elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemləri ilə məşğul olan gənc mütəxəssislərin, eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığını təmin etməklə, elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltməkdir.Təlimlər zamanı gənclərə düzgün elmi tədqiqatın aparılması, tədqiqat nəticələrinin təhlili ilə bağlı məlumatlar verilib, xüsusi analiz proqramı olan SPSS proqramında bazanın yaradılması, məlumatların daxil edilməsi və təhlili ilə bağlı biliklər verilib, tələbələrə, magistr və doktorantlara proqramda işləmə texnikası öyrədilib.

21 noyabr 2017-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  Müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  həmin mövzularda tədqiqat  və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların  cəlb  edilməsi,  həmçinin  onların  apardıqları  elmi  tədqiqatların  nəticələrinin ictimaiyyətə təqdim edilməsi, “Beynəlxalq davamlı turizm ili”nin  elan edilməsinə diqqətin cəlb olunması  məqsədilə  təşkil olunub.Konfransı giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov keçirilən müsabiqə və konfransın 2017-ci ilin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ili”nə həsr olunmasından, “Beynəlxalq davamlı turizm ili”ndə Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən, həmçinin  mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində regionlarda turizm fəaliyyətinin stimullaşdırılaraq yeni turizm marşrutlarının yaradılması prosesindən danışıb. İ.Mədətov eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında",  2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında", 2016-cı il 6 dekabr  tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”i habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamından, həmçinin, 2017-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Bakı şəhərində yenilik edilərək  keçirilməsi baş tutan Şopinq Festivallarından danışaraq aparılan məqsədyönlü tədbirlərin uğur göstəricisi kimi turist sayında olan artım, eləcə də əcnəbi turistlərin gəldikləri ölkələr sırasına yeni ölkələrin daxil edilməsini xüsusilə vurğulayıb. Qeyd olunub ki, keçirilən müsabiqəyə yüzdən çox məqalə təqdim edilib. 2017-ci ilin fevral-sentyabr aylarında təqdim olunan məqalələr təşkilat komitəsinin üzvləri incələnərək 40-a yaxın məqalə konfrans proqramına daxil edilib. Plenar iclasda ATMU-nun tədris işləri üzrə prorektoru E.Aslanov “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı R.Səfərov “Turizmin davamlılığında "Bermud" üçbucağı” mövzusunda məruzə ilə çıxış edib.Daha sonra konfrans bölmələrdə davam etdirilib. Günün sonunda məqalə müsabiqəsində seçilən ilk üç məruzəçiyə hədiyyələr təqdim olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci il üçün üçüncü sayı çapdan çıxıb. Jurnalın bu sayına daxil edilən məqalələrdə Azərbaycanda çimərlik turizminin, ovçuluq və balıqçılıq turizminin tədqiqinə, ekoturizmin inkişafının öyrənilməsinə, eləcə də şirkətlərin korporativ idarəetmə sisteminin və aqrar sahibkarlığın inkişaf potensialının təhlilinə həsr olunan elmi araşdırma nəticələri yer alıb. Jurnaldakı məqalələrlə yaxından tanış olmaq istəyənlər ATMU-nun Kitabxana İnformasiya Mərkəzinə müraciət edə və ya  elektron versiyasını universitetin veb saytından əldə edə bilərlər.

ATMU-da Azərbaycan Turizm və Menecment Universiteti ilə  Finlandiya ali təhsil və Turizm Şirkətinin “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində  işçi seminar keçirilib.Seminardan öncə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin əməkdaşları Mikko Keranan, Kaisa Merilahti, Turku Tətbiqi Elmlər Universitetinin əməkdaşı Jonna Heikkila, Anna Satovvari və Upitrek Turizm Şirkətinin yaradıcısı və rəhbəri Urpo Heikkinen, Ekoloji Tarazlıq İctimai Birliyinin sədri Aytən Poladova, o cümlədən birliyin digər nümayəndələrini qəbul edib. Görüş zamanı Azərbaycan Turizm və Menecment Universitetinin Finlandiya universitetləri ilə əlaqəsi, ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən tələbə- müəllim mübadiləsi və sair məsələlərdən danışılıb.  Qeyd olunub ki, son üç ildə universitetin dörd tələbəsi ERASMU+ proqramı çərçivəsində Finlandiyanın Kajaani Universitetində təhsil alıb. Daha iki əməkdaş təcrübə mübadiləsində olub. Kajaani Universitetinin professoru isə ATMU-da müvafiq fakültənin tələbələrinə “Davamlı turizm”mövzusunda seminar keçib. Görüş əsnasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.“Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İB və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaşlar Azərbaycan Turizm və Menecment Universiteti və Turizm İnformasiya Mərkəzləridir. Layihənin başlıca  məqsədi dayanıqlı kənd turizmini inkişaf etdirməklə kənd əhalisinin gəlirlərini artmaq, güzəran və  rifahını yaxşılaşdırmaqdan ibarətdir. Layihənin hədəf regionlarına Quba, Lənkaran-Astara, Şəki –Qəbələ daxildir. İşçi seminarda adı çəkilən beş regionda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi müzakirə edilib.

1 -dən səhifə 3

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…