Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci il üçün üçüncü sayı çapdan çıxıb. Jurnalın bu sayına daxil edilən məqalələrdə Azərbaycanda çimərlik turizminin, ovçuluq və balıqçılıq turizminin tədqiqinə, ekoturizmin inkişafının öyrənilməsinə, eləcə də şirkətlərin korporativ idarəetmə sisteminin və aqrar sahibkarlığın inkişaf potensialının təhlilinə həsr olunan elmi araşdırma nəticələri yer alıb. Jurnaldakı məqalələrlə yaxından tanış olmaq istəyənlər ATMU-nun Kitabxana İnformasiya Mərkəzinə müraciət edə və ya  elektron versiyasını universitetin veb saytından əldə edə bilərlər.

Azərbaycan Turizm və Menecment Universitetinin “Dillər” kafedrasının müdiri f.e.n., dosent Kəmalə Kərimova və həmin kafedranın dosenti, f.e.n., Ağaverdi Xəlilov 03-05 noyabr 2017-ci il tarixlərində Türkiyə Cümhuriyyəti Bandırma On yeddi Eylül Universitetində təşkil olunan I Təhsil və Sosial Elmlər Simpoziumunda iştirak ediblər. Tədbirin gündəliyinə Türk dili və ədəbiyyatı, təhsil, tarix, arxeologiya, coğrafiya, hüquq, fəlsəfə, iqtisadiyyat, sosiologiya, biznesin idarə edilməsi,ekonometriya, siyasi elmlər, beynəlxalq münasibətlər, idman, turizm, kitabaxana işi və digər sahələr üzrə məruzələr daxil idi. ATMU-nun kafedra müdiri K.Kərimova müxbirimizə müsahibəsində deyib ki, simpoziumun keçirilməsində başlıca  məqsəd fənlərarası inteqrasiya çərçivəsində elm adamlarının görüşünün təşkilinə, eyni zamanda fikir mübadiləsi aparmalarına zəmin yaratmaq idi. Türkiyənin Bandırma On yeddi Eylül Universitetində 3 gün davam edən I Təhsil və Sosial Elmlər  Simpoziumuna təxminən 720 nəfər təhsil və elm adamı qatılıb. İştirakçılar dünyanın 20 ölkəsini -Türkiyə, Fransa, Bosniya və Herseqovina, Qazaxıstan, Azərbaycan, Küveyt, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, İraq, Misir, Mərakeş, Əlcəzair, Tunis, Yəmən, Sudan, Livan və Fələstin dövlətlərini təmsil edirdilər. Qeyd edık ki, ATMU-nun kafedra müdiri,dos. Kəmalə Kərimova "Turist firmasında gənc mütəxəssisin adaptasiyası" və kafedranın dos. Ağaverdi Xəlilov  isə"Türk və şumer eposunun struktur bənzərliyi: ritual və janr əlaqələri kontekstində" adlı elmi məruzələrinə görə  Sertifikat və Təşəkkürnamə alıblar.

03 Noyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Biznes İdarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının təşkilatçılığı ilə “İstehlakçı Fəlsəfəsi” təlimi keçirilib. ATMU-nun  müvafiq ixtisasında təhsil alan tələbələr “Azad İstehlakçılar Birliyi”-nin sədri Eyyub Hüseynov tərəfindən  müasir bazar iqtisadiyyatı şəraitində hər bir şəxsin istehlakçı hüquqlarının qorunmasını şərtləndirən mühüm göstəricilər barədə məlumat alıblar. E.Hüseynovun təlimində diqqətə çatdırılıb ki, istehlakçılar hüquqlarını bilməklə yanaşı, istifadə etdikləri, xüsusilə qida və içki məhsullarının saxlanma şəraiti, yararlılıq müddəti və s. zəruri məlumatları mənimsəmələri  insan sağlamlığının təhlükəsizliyi baxımından mühüm şərtdir. Geniş fikir mübadiləsi formatında təşkil olunan təlimin sonunda fərqlənən tələbələr xüsusi sertifikatlarla mükafatlandırılıb.

02 noyabr 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində İsrailin ölkəmizdəki səfirliyi nümayəndələrinin universitetin “Turizm və otelçilik” ixtisasının III kurs tələbələri ilə informasiya xarakterli görüşü olub. Görüşü İsrail səfirliyinin Missiya Rəhbəri Müavini Avital Rosenberg giriş sözü ilə açaraq İsrail Dövlətinin coğrafi mövqeyi, adət-ənənəsi, iqlimi haqqında və eyni zamanda tələbələrə İsrailin Eilat şəhərində yerləşən “İsrotel” otellər şəbəkəsinin nüfuzlu otellərində təcrübə imkanı ilə bağlı ətraflı məlumat verib. Daha sonra 2016/17-ci tədris ilində İsrailin “İsrotel” otellər şəbəkəsində təcrübə keçən tələbələrdən Emil Hüseynzadə və Anastasiya Pavlotskaya xüsusi təqdimat-çıxışı zamanı ümumi təəssüratlar fonunda 5 aylıq istehsalat təcrübəsinin üstünlüklərindən, qarşıya çıxan  çətinliklərdən bəhs edib və öz tövsiyyələrini veriblər.Görüşün yekununda Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri  Nərminə Abdullayeva 2017/18-ci tədris ilində İsraildə təcrübə keçmək arzusunda olanların bu ilin noyabr ayının 18-nə kimi ərizə ilə müraciət etmələrini tələbələrin diqqətinə çatdırıb. Eyni zamanda səfirlik nümayəndələrinin ATMU-nun rektoru İlham Mədətovla görüşü baş tutmuşdur. Görüşdə universitetlə səmərəli əməkdaşlığın nəticəsi sayılan 10 illik layihə və bu layihənin dekabr ayında keçirilməsi planlaşdırılan yubiley tədbiri ilə bağlı söhbət aparılmışdır.

1 -dən səhifə 9

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…