Bu gün Azərbaycan Turizm və Menecment Universitetində 2017/2018 – cü tədris ilinin yekunlarına əsasən ali təhsillərini bitirmək üçün tələb olunan kreditləri toplayan bakalavrların Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verildi. Universitetin "Biznes idarəçiliyi" fakültəsində başlayan Buraxılış Yekun Dövlət Attestasiya imtahanın açılışında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2018-ci il tarixli əmri ilə  “Maliyyə”, “Menecment” və  “Marketinq” ixtisasları üzrə sədr təyin olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin ”Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, i.e.d., professor Əli Əlirzayev  tələbələrə uğurlar dilədi. ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin bakalavr pilləsini bitirən tələbələrə dörd illik təhsil nəticəsinin qənaətbəxş  olacağına əminliyini  bildirdi.

ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrası ilə Ağsu rayonundakı “Az-Granata” MMC arasında bağlanan “Seminar dərslərinin istehsalat şəraitində keçirilməsinə dair müqavilə”yə əsasən universitetin Qida mühəndisliyi ixtisasının müəllim - tələbə heyəti tədris proqramına uyğun olaraq adıçəkilən müəssisədə olublar.“Qida məhsulları texnologiyalarının proses və aparatları”, həmçinin “Meyvə-tərəvəz konservlərinin istehsal texnologiyası” fənlərinə dair seminar məşğələlər müəssisənin istehsalat laboratoriyasında keçirilib.Qeyd etmək lazımdır ki, “Az-Granata” MMC-də təşkil olunan praktik dərslərdə tələbələrə zavoddakı müxtəlif təyinatlı avadanlıq, mexanizm və qurğuların iş prinsipi barədə məlumat verilib.Həmçinin qida məhsullarının emalı prosesində iştiraklarına şərait yaradılıb.

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” çərçivəsində Azad İstehlakçılar İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti “Biznes idarəçiliyi” fakültəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Təhlükəsiz qida sağlamlığın zəmanətidir” adlı təlim keçirilmişdir. Təlimi giriş sözü ilə açan “Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev çıxışında qida təhlükəsizliyinin turizm sektoru üçün əhəmiyyətindən danışdı. Azad İstehlakçılar İctimai Birliyinin nümayəndələri Fərrux Əsgərov, Nizami Musayev istehlakçıların qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri”, “Qida təhlükəsizliyinin idarəedilməsi sistemi” mövzularında çıxış etmişlər. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və iştirakçıların istehlakçı kimi öz hüquqularından xəbərdar olmasına dair kiçik sorğu təşkil edilmişdir.

Bir neçə gündür ki, Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən daha 4 tələbəsi - Firuz Məcidzadə, Ərəş Paşayev, Məhəmməd İbrahimli , Murad Bilalov Çin Xalq Respublikasının Hubei Politexnik İnstitutu nəzdində fəaliyyət göstərən Hubei Peşə Texniki Kolleci və ATMU arasında bağlanan "Beynəlxalq otellərin idarəetməsi üzrə birgə sertifikasiya proqramı" çərçivəsində adıçəkilən ölkədə 5 aylıq istehsalat təcrübəsini uğurla davam etdirirlər. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki,peşəkarlıq vərdişlərinin qazanılmasını şərtləndirən  5 aylıq istehsalat təcrübəsidə tələbələr mühitə adaptasiya məqsədi ilə adıçəkilən institutda bir sıra dərs və dərsdənkənar məşğələlərin dinləyicisi və Hubei TV-nin qonaği olublar. Çin dili, kalliqrafiya və kunq fu dərslərində iştirak edib,könüllü qanvermə aksiyasına qoşulublar. 

1 -dən səhifə 21

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…