Azərbaycan Turizm və Menecment Universitetində E-learning üzrə tədrisdə innovativ təlim metodları və texnologiyaların tətbiqi mövzusunda silsilə təlimlər yekunlaşıb.Əsas məqsəd olaraq akademik heyətin bu istiqamətdə bilik və bacarıqlarını artırmaqla, informasiya məhsul və xidmətlərinə olan tələbatın dolğun ödənilməsidir. İnformasiya cəmiyyətində müəllim, öz biliklərini daima yeniləməklə yanaşı texnoloji yenilikləri də çevik şəkildə mənimsəməyi bacarmalıdır. İnformasiya cəmiyyətinə xas olan tədris vasitələri - elektron tədris nəşrləri, öyrədici kompüter sistemləri və audio-video materiallar əsas vəsait hesab olunduğundan informasiya –kommunikasiya texnologiyaları ilə işləmək bacarığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlığı çərçivəsində 24 aprel 2018 il tarixində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsi, “İqtisadiyyat” kafedrası, "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyi və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə "Turizmin inkişafı dövründə maliyyə bazarlarına virtual səyahət" mövzusunda təlim keçrilib. Təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki, Azərbaycanda maliyyə bazarının əsas tərkib elementərindən biri olan fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. Hörmətli tələbələr, gələcəkdə fond bazarının fəaliyyət prinsipləri xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında xüsusən də maliyyə sferasında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsislər “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyinin sədri Ceyhun İbahimovun və İnvest-AZ İnvestisiya şirkətinin təhsil meneceri Rövşən Məmmədovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq.Təlimdən sonra Rövşən Məmmədov tələbələrin çoxsaylı suallarına cavab verdi. Təlimdə iştirak edən tələbələrə sertifikat verildi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiası" İctimai Birliyinin sədri Ceyhun İbahimova və İnvest-AZ İnvestisiya şirkətinin təhsi meneceri Rövşən Məmmədova ATMU adından dərin təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir. 19 aprel 2018 il tarixində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda  müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulmuşdur. Bu gün "Nağdsız hesablaşmalar" mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq”Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verdi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə "Amrahbank" ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirdi.

Aprelin 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində   “PMD Group-da staj və iş imkanları" mövzusunda seminar keçirilib. Tədbirdə “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekan müavini Flora Ələsgərova, “Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Cəfərova çıxış edərək, sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqların qurulması və davam etdirilməsinin   xüsusi əhəmiyyətini vurğulamış,   PMD Group-a əməkdaşlıq üçün öz təşəkkürlərini bildirmişlər.Seminarda PMD Group, Otel Əməliyyatları Şöbəsinin  Təlim və İnkişaf üzrə meneceri  Fəridə Əmirova, Təlim üzrə menecer Günel Orduxanova, Şamaxı Palace Şərədil-in Satış üzrə meneceri İlkin Rüstəmov tələbələrə PMD Group-un Otel Əməliyyatları şöbəsinın idarə olunması, otellərdə karyera qurma imkanları və təcrübə proqramları haqqında məlumat vermişlər. Uğur hekayəsi olaraq şöbənin əməkdaşı,ATMU-nun ilk məzunu İlkin Rüstəmov Otel sistemində uğurlu karyera təcrübəsini tələbələrlə bölüşmüşdür. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

1 -dən səhifə 3

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…