Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə turizm sənayesinin daha sürətli inkişafının yeni hədəfləri sırasında “Turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması”müddəsı nəzərdə tutulub. Sənəddən də göründüyü kimi qeyri-neft sektorunun prioritet sahəsi sayılan turizm sənayesinin dinamik inkişafında yüksək ixtisaslı kadr təminatı başlıca amillərdəndir.Ölkə turizm sənayesinin təlabatına uyğun ixtisaslı kadr potensialı ali təhsil müəssisəsi olaraq Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Müasir dünyagörüşünə malk savadlı turizmçilər ordusunun yetişdirilməsini şərtləndirən səbəblər sırasında mühüm tələblərdən biri də müvafiq dərs vəsaitlərinin yazılıb çap olunmasıdır. Çünki dərsliklər təhsilin məqsədlərini reallaşdıran və  öyrənmə sferasına istiqamət verən başlıca vasitəsidir.  Müasir dövrün tələbinə uyğun həyata keçirilən  təhsil islahatları, milli kurikulum və fənn kurikulumunun tətbiqi prosesi yeni dərsliklərin yazılmasını zərurətə çevirib.Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Vətəndaş Təşəbbüsləri Mərkəzinin təşkilatşılığı ilə ”Turist məmnunluğunun artırılması istiqamətində maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində “İdman turizmi” kitabının ilkin müzakirəsi keçirilib.layihənin əlaqələndiricisi Çingiz Gülalıyevin bildirdiyinə görə, tədris proqramına uyğun hazırlanan ”İdman turizmi” adlı dərslikdə idman turizminin tənzimlənməsinin nəzəri əsasları, prinsip və metodları, müasir bazar iqtisadiyyatı şəraitinə, o cümlədən idman turizminə tələbat və sair məsələlər öz əksini tapıb. Kollektiv əməyin məhsulu olan yeni dərs vəsaitinin müzakirəsi zamanı ATMU-nun “Turizm Biznesi”  kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bahadır Bilalov, müəllimlərdən dosent Məmməd Sadıqov, baş müəllimlər-Samirə Əzizova və Rəfiqə Ağasiyeva rəy və təkliflərini bildiriblər.

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində 2017/2018 – cü tədris ilinin yekunlarına əsasən ali təhsillərini bitirmək üçün tələb olunan kreditləri toplayan bakalavrların Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verildi. Universitetin "Biznes idarəçiliyi" fakültəsində başlayan Buraxılış Yekun Dövlət Attestasiya imtahanın açılışında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2018-ci il tarixli əmri ilə  “Maliyyə”, “Menecment” və  “Marketinq” ixtisasları üzrə sədr təyin olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin ”Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, i.e.d., professor Əli Əlirzayev  tələbələrə uğurlar dilədi. ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin bakalavr pilləsini bitirən tələbələrə dörd illik təhsil nəticəsinin qənaətbəxş  olacağına əminliyini  bildirdi.

İyunun 4-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru İlham Mədətov iclasın gündəliyinə “ATMU-da yay  imtahan sessiyasına hazırlığın vəziyyəti”, “ATMU-da tutorların fəaliyyəti” ilə bağlı müvafiq struktur rəhbərlərinin məruzə, hesabat-çıxışlarının və cari məsələlərin daxil edildiyini diqqətə çatdırıb. Rektor I.Mədətov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş  "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bizi daha mütəşəkkil işləməyə səfərbər edir. İxisaslı kadr hazırlığını hədəfləyən ATMU kollektivindən ixtisaslı kadr kontingenti formalaşdırmaq tələb olunur. Bu məsuliyyət tələb edən işin öhdəsindən layiqincə gəlməkdən ötrü potensial qüvvələrimizin səfərbər olması başlıca şərtdir.ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva, Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov və müvafiq struktur rəhbərlərinin “Yay imtahan sessiyasına hazırlığın vəziyyəti” ilə bağlı hesabat-çıxışları ətrafında geniş fikir mübadiləsi aparılıb. Elmi şuranın gündəlikdəki cari məsələlərin - “Beynəlxalq münasibətlər” kafedrasının dosenti,hüquq elmləri namizədi Avtandil Bayramova dosent, “İctimai fənlər” kafedrasının professoru, tarix elmləri doktoru  Minaxanım Əsədovaya professor, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru  Elşən Bayramzadəyə dosent elmi adı vəsiqələrinin verilməsinə, eyni zamanda  doktorantlardan- Elvin Rəşidovun “Междисциплинарный анализ типов общения в отельном бизнесе Азербайджана” , Nəzrin Əlizadənin  “Azərbaycan Respublikasının Böyük Britaniya ilə münasibətlərində enerji təhlükəsizliyi amilinin yeri və rolu”adlı mövzu və elmi rəhbərlərinin təsdiqinə dair Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması təklifi səs çoxluğu ilə qəbul edilib.Elmi şura iclasında “Yay  imtahan sessiyasına hazırlığın vəziyyəti” və ATMU-nun tutorlarının fəaliyyəti qənaətbəxş qiymətləndirilib. 2017/2018-ci tədris ilinin yay  imtahan sessiyası müddətində planlaşdırılan vəzifələrin yüksək səviyyədə icrası üçün səylərin artırılması, dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrimizin daha fəal və səmərəli iştirakına dair təkliflərin nəzərə alınması  tövsiyyə edilib.

Menecment kafedrasının müəllimləri Elza Bayramova, Mənsuma Əliyeva və Leyla Sultanlı Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibəti ilə 26-27 may 2018-ci il tarixləri arasında Turikiyə Cumhuriyyətinin Eskişehir şəhərində "100. Yılında Azerbaycan Cumhuriyyeti" adlı beynəlxalq konfransında iştirak ediblər. Konfrans “Eskişehir Azərbaycanlıları dərnəyi”, “Türk Dünyası Mədəniyyət və Sənət Mərkəzi”, “Azərbaycan bəşəri sərmayənin inkişafı mərkəzi” və Anadolu Universiteti tərəfindən təşkil olunub. Konfransda ATMU-nun əməkdaşları-Elza Bayramova “Azərbaycanda turizm işinin təşkilinin təkmilləşdirilməsi istiqamətləri”, Mənsuma Əliyeva “Azərbaycanın turizm sektorunda peşə təhsil sisteminin xüsusiyyətləri və Türkiyə təcrübəsi ilə müqayisəsi”, Leyla Sultanlı isə “Azerbaycan kamu yönetiminde e-devlet uygulamaları” adlı məqalə ilə çıxış ediblər.ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, bu ilin mart ayından etibarən beynəlxalq konfransın təşkilat komitəsinə müxtəlif ölkələrin universitet və təşkilatlarında çalışan professor- müəllim heyəti tərəfindən 542 məqalə təqdim olunub. Qeyd etmək lazımdır ki, 2 mərhələli seçim prosesində yalnız 60 məqalə müəllifi iştirak hüququ qazana bilib. Türkiyənin Eskişehir şəhərində təşkil olinan ”100.Yılında Azerbaycan Cumhuriyyəti”adlı  beynəlxalq konfransda ölkəmizi ali təhsil və elm ocaqlarında çalışan 15 nəfər təmsil edib.

1 -dən səhifə 56

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…