Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir. 19 aprel 2018 il tarixində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda  müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulmuşdur. Bu gün "Nağdsız hesablaşmalar" mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq”Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verdi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə "Amrahbank" ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirdi.

Aprelin 19-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində   “PMD Group-da staj və iş imkanları" mövzusunda seminar keçirilib. Tədbirdə “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev, “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekan müavini Flora Ələsgərova, “Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Cəfərova çıxış edərək, sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqların qurulması və davam etdirilməsinin   xüsusi əhəmiyyətini vurğulamış,   PMD Group-a əməkdaşlıq üçün öz təşəkkürlərini bildirmişlər.Seminarda PMD Group, Otel Əməliyyatları Şöbəsinin  Təlim və İnkişaf üzrə meneceri  Fəridə Əmirova, Təlim üzrə menecer Günel Orduxanova, Şamaxı Palace Şərədil-in Satış üzrə meneceri İlkin Rüstəmov tələbələrə PMD Group-un Otel Əməliyyatları şöbəsinın idarə olunması, otellərdə karyera qurma imkanları və təcrübə proqramları haqqında məlumat vermişlər. Uğur hekayəsi olaraq şöbənin əməkdaşı,ATMU-nun ilk məzunu İlkin Rüstəmov Otel sistemində uğurlu karyera təcrübəsini tələbələrlə bölüşmüşdür. Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir. 19 aprel 2018 il tarixində ATMU-nun "Biznes idarəçiliyi" fakiltəsinin təşkilatçılığı ilə "Amrahbank" ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə "Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda  müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulmuşdur. Bu gün "Nağdsız hesablaşmalar" mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq”Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verdi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə "Amrahbank" ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirdi.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye – ATMU əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Turizm və Menecment Universitetində,“universitet –biznes” əməkdaşlığının yeni layihəsinin təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ATMU-nun prorektoru Anar Eminov bildirdiki, “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi ATMU ilə Onbranch şirkətinin birgə layihəsidir.Bu layihə Azərbaycanda ilk dəfə olaraq tətbiq edilir və ali təhsil ocaqlarından pilot layihə olaraq ATMU seçilmişdir. Startap kimi fəaliyyətə başlamış Onbranch şirkəti artıq müstəqil şirkət olaraq əsasən məkanların virtual proyeksiyasının yaradılması fəaliyyətini icra edir. Layihə ABŞ-da, İngiltərədə, Türkiyədə və Gürcüstanda qeydiyyatdan keçmiş və fəaliyyətə başlamışdır. Marketinq kafedrasının müəllimi Uğur Babayev, BBF direktoru Rəşad Məmmədov və Onbranch layihəsinin təsisçisi Elçin Əskərov layihənin mahiyyəti barədə məlumat verərək, qeyd etdilər ki, Onbranch mobil əlavəsini yükləyən tələbə və müəllim heyəti ATMU-nun bu mobil əlavədəki səhifəsində avtomatik qeydiyyatdan keçir, universitetin internet radiusu məkanına daxil olan andan aktiv olan ATMU-Onbranch proqramı tələbə və müəllim heyyətinə universitet daxilində keçirilən bütün tədbirlərdən xəbərdar olmağa imkan yaradır. Bunun üçün hər bir nəfərə ayrı-ayrılıqda məlumat göndərməyə ehtiyac qalmır. Həmçinin səhifəyə yüklənmiş hər hansı məlumat, elan, xəbərdarlıq və ismarıclar proqram vasitəsilə dərhal ATMU heyətinə ötürülür.Bundan başqa Onbranch, tələbə və müəllim heyətinin asudə vaxtlarını daimi keçirdikləri məkanlarda – kafe, restoran, əyləncə mərkəzləri, gimnastika zalları, olimpiya mərkəzləri, dil və təlim kursları, kinoteatr, teatr, kitabxanalarda xüsusi endirim qazanmaları üçün də şərait yaradır. Bu endirimləri, ATMU-Onbranch-ın hər bir üzvü əldə etmiş olur.Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev Qafqazda ilk dəfə Gürcüstan ali məktəblərinin kampuslarında tətbiq edilmiş proqramın Azərbaycan ali məktəblərində isə ilk olaraq Azərbaycan Turizm və Menecment Universitetində tətbiq edildiyini və bu layihəyəni dövlət başçımız, cənab İlham Əliyevin müəyyənləşdirdiyi Strateji Yol Xəritəsində yer alan virtual təhsil proqramına dəstəyin bir nümunəsi kimi qiymətləndirilə biləcəyini vurğuladı.

1 -dən səhifə 18

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…