Yade Tətbiqi Elmlər Universiteti

A
zərbaycan Turizm və Menecment Universiteti və Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti 2008-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinə əsasən tərəfdaş ali təhsil müəssisələri kimi əməkdaşlığa başlayıblar. Əməkdaşlığın əsas istiqaməti tələbə mübadiləsinə yönəlib belə ki, 2008-ci ildən başlayaraq ATMU-nun tələbələri bir tədris semestri ərzində Yade Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil olunan təqaüd proqramı çərçivəsində təhsil almaq imkanına malikdirlər. Əməkdaşlıq müqaviləsinə əsasən tələbə mübadiləsi üçün turizm və qonaqpərvərlik, menecment və marketinq ixtisasları müəyyən edilmişdir. Tələbələrin seçimi ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin birbaşa iştirakı və Alman tərəfi ilə həyata keçirilir. Bu günədək məlum əməkdaşlıq çərçivəsində 14 nəfər tələbə iştirak etmişdir. Bununla yanaşı olaraq adıkeçən işbirliyi nəticəsində Yade Universitetinin 5 nəfər tələbəsi ATMU-da turizm ixtisası üzrə müxtəlif tədqiqat işləri aparmışdır.

2011-ci ildən başlayaraq ATMU və Yade TEU arasında praktiki təlim istiqamətində əməkdaşlıq başlayıb. ATMU-nun 3 nəfər tələbəsi Yade Universitetinin dəstəyi ilə Almaniyanın Vilhelmshaven şəhərində praktiki təlim semestrində iştirak etmişdir. Bununla yanaşı olaraq 2011-ci ildən etibarən ATMU tələbələri hər yay Yade TEU-nin təşkilatçılığı ilə keçirilən Yay Alman Dili kurslarında iştirak imkanını qazanıb və bugünədək ATMU-dan 5 tələbə qrupu yay dil kurslarında iştirak etmişdir.

Digər önəmli olan istiqamət 2008 – ci ildən tərəfdaş olan hər iki ali təhsil müəssisəsinin beynəlxalq təhsil layihəsi çərçivəsində “Davamlı turizmın idarə olunması çərçivəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların inkişafı (SuToMa)“ adlı TEMPUS layihəsinin iştirakçıları kimi fəaliyyət göstərməsdir.

 Tez-tez soruşulan suallar

  • Proqramda iştirak üçün tələb olunan şərtlər

    • I və II kurs tələbələri

    • Fənlərin əsasən "turizm menecmenti" sahəsi üzrə keçirilməsi

    • Alman dili biliyi

  • Ərizə üçün tələb olunan sənədlər

    • CV (ingilis dilində)

    • Müvəffəqiyyət arayışı (azərbaycan dilində)

    • Alman dilində motivasiya məktubu (alman dili səviyyəsi güclü deyilsə, ərizəçi tərəfindən yazılmış və imzalanmış ingilis dilində motivaciya məktubu qəbul olunur)

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…