Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP)

A
zərbaycan Turizm və Menecment Universiteti yarandığı ilk gündən özünün beynəlxalq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi diqqət ayırır. Məhz bu səbəbdən də 2007-ci il İyul ayının 4-ü Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq, ATMU Avstriyanın İMC (İnternATMUonal Management Center) Krems Tətbiqi Elmlər Universiteti (Krems TEU) ilə ikili diplom üzrə müqavilə imzaladı. İmzalanma mərasimində Azərbaycanın bir çox rəsmiləri, Azərbaycana akkreditə olunmuş xarici ölkələrin diplomatları və Avstriyadan gəlmiş nümayəndə heyəti iştirak etmişdi. “Turizm Təhsili Sahəsində Əməkdaşlıq Müqaviləsi” (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İMC Tətbiqi Elmlər Universiteti arasında) və “Akademik Müqavilə” (Azərbaycan Turizm və Menecment Universiteti ilə İMC Tətbiqi Elmlər Universiteti arasında) imzalandığı vaxtdan etibarən ATMU də əməkdaş universitetin tədris planına uyğun olaraq dərslərin keçirildiyi Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) qrupu yaradılmışdır. Müqavilənin şərtlərinə əsasən İELTS 6.0 sertifikanına malik hər bir ATMU tələbəsinin ATMU-nin dekanlıq ofisinə ərizə ilə müraciət etməsi yetərlidir. AATP qrupunda bütün dərslər ingilis dilində tədris olunur. Dərslər yerli və əksəriyyəti Türkiyə, Avstriya, Portuqaliya, Almaniyadan və digər ölkələrdən olan mütəxəssislər tərəfindən keçirilir. Dörd ilin sonunda təhsilini AATP qrupunda müvəffəqiyyətlə başa vuran tələbələr həm ATMU-nin (yerli), həm də Krems TEU-nun (beynəlxalq) diplomlarını əldə edirlər və öz təhsillərini daha ali pillələr üzrə Avropada davam etdirmək imkanı əldə edirlər. Bu günədək proqramdan 72 nəfər uğurla məzun olaraq Azərbaycan təhsili tarixində ilk dəfə olaraq hər iki ali məktəbin diplomunu alıblar.

B
u əməkdaşlığın uğurlu nəticələrini, ölkədə turizm sahəsinin sürətli inkişafını və beynəlxalq standartlara uyğun kadrlara olan ehtiyacı nəzərə alaraq, yüksək qayğınıza əsaslanaraq 12 oktyabr 2011-ci il tarixində Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin ölkəmizə rəsmi səfəri zamanı, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin hüzurunda iki ali məktəbin rektoru tərəfindən “Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr və magistr hazırlığı proqramlarına dair Əməkdaşlıq Müqaviləsi” imzalanmışdır. Bu müqaviləyə görə dörd illik bakalavr proqramı üzrə hər il 32 nəfər olmaqla cəmi 128 nəfərin hazırlığı, iki illik magistr proqramı üzrə hər il 31 nəfər olmaqla cəmi 62 nəfərin hazırlığı nəzərdə tutulur.

 Tez-tez soruşulan suallar

  • AATP qrupunda hansı tələbələr iştirak edə bilər?

    ATMU-nin hər bir tələbəsi- istər azərbaycan, istərsə də rus dili bölməsinin tələbəsi- öz təhsilini birinci kursda başa vuraraq, Azərbaycan ali təhsil sisteminin tələblərinə əsasən məcburi fənləri (Azərbaycan tarixi, riyaziyyat, iqtisadiyyat, informatika, rus və ingilis dilləri) tamamladıqdan sonra AATP qrupunda oxuya bilər.
  • AATP qrupunda daxil omaq üçün əsas şərtlər hansılardır?

    Birinci kursu ATMU-də müvəffəqiyyətlə başa vurmaq, British Council-ın İELTS 6.0 sertifikatına malik olmaq və ATMU-nin dekanlıq ofisinə AATP qrupunda təhsil almaq istəyi ilə bağlı yazılı ərizə təqdim etmək.
  • AATP qrupunda təhsil müddəti nə qədərdir?

    Birinci ili yerli proqram əsasında tamalayan tələbə digər üç ili AATP qrupunda tamamlayır. Bu onun üçündür ki, Azərbaycanda bakalavriyat müddəti 4 il, Avropada isə 3 ildir. AATP qrupunun hər bir semestr müddəti 15 həftə və hər bir dərs müddəti isə 50 dəqiqədir.
  • AATP qrupundan çıxmaq mümkündürmü?

    AATP qrupuna daxil olmaq kimi, çıxmaq da könüllü yazılı ərizə əsasında mümkündür.
  • AATP qrupunda tələbələrin təcrübə keçmə qaydaları necədir?

    Hər bir ATMU tələbəsi kimi AATP tələbəsi də tədris ilinin sonunda təcrübə keçməlidir. Bunun üçün ona müvafiq kredit verilir. ATMU ümumiyyətlə tələbələrinin xaricdə təcrübə keçmələrinin tərəfdarıdır və bunu müvəffəqiyyətlə həyata keçirir. AATP tələbələrinin dil bilikırinin yüksək olması isə onların qonşu ölkələrlə yanaşı, Avropada da təcrübə keçmələrinə imkan yaradır
  • Tələbə imtahan zamanı müvəffəqiyyətsiz olarsa hansı qaydalar tətbiq olunur?

    AATP qrupunda yerli qruplardan fərqli olaraq, kəsir imtahanları proseduru tətbiq edilir. İmtahanda müvəffəqiyyətsiz olmuş hər bir tələbənin semestr sessiyası bitdikdən 2 həftə sonra eyni bir fəndən 2 dəfə kəsr imtanahı vermək hüququ var. Əgər yenidən müvəffəqiyyətsiz olarsa, xüsusi kommisiya qarşısında şifahi sorğu-sual olunur, üçüncü şansını da dəyərləndirə bilməsə, tələbə həmin fənni digər ildə aşağı kurs yoldaşları ilə təzədən oxuyur.
  • Əlavə suallar yaranarsa tələbə hara müraciət edə bilər?

    AATP qrupunun Azərbaycan və Avstriya tərəfindən iki Proqram Koordinatoru var. Tələbənin sualı yarandığı halda koordinatorlara müraciət edilə bilər.
    ATMU tərəfindən Proqram Koordinatoru Humay Cəfərlidir.
    Skype for Business/Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…