Təlim mərkəzi

urizm sektorda işləyənlərin əlavə təhsil proqramı və qisamüüdətli kurslarla ixtisasartrımasına, ixtisasdəyişməsinə nail olmaq və ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə ATMU-nun Təlim Mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə (Lənkəran, Quba, Şəki və Xaçmaz) də müvafiq kurslar təşkil olunmuşdur. Bu günə kimi “Bələdçi”, “Turoperator və turagent” və “Qeydiyyat/Ön büro” peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Bələdçi kurslarını bitirmiş 12 nəfər üçün Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil edilmiş və 11 nəfər beynəlxalq sertifikat almışdır.

ATMU-da Amadeus Təlim Mərkəzi yaradılmış və bu mərkəz sənaye-ali məktəb işbirliyi nümunəsi kimi təqidm edilmişdir. Mərkəzdə ATİ tələbələri ilə yanaşı diğər şəxslərdə gəlib, Amadeus təlimlərini online rejimdə keçib, beynəlxalq sertifikat almaq şansı əldə edirlər.

merika Otellər Assosiasiyası (AHLA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birlikdə ATİ müəllimləri üçün institut hesabına beynəlxalq pedaqoji kurslar da təşkil olunub. İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin tədbirlər planına müvafiq olaraq institutda nüfuzlu otel menecerlərinin təlimləri keçirilir. Bu fəailiyyət istiqaməti tələbələrimizə sənayeni tanımaq və özlərini tanıtmaq şansı verir. Ali məktəb-sənaye işbirliyinə yeni imkanlar açır. Keçən ildən ATMU-ya daha hazırlıqlı gənclərin cəlb edə bilmək üçün Bakının ən yaxşı orta məktəblərində təqdimat keçirilir.
ATİ-nin turizm əmək bazarı ilə sıx əlaqəsi mövcuddur. Bu əlaqə yalnız bir semestrlik praktika və hər yay tələbələr üçün tanışlıq təcrübəsi ilə bitmir. Tədris ili ərzində ATMU-nun Karyera mərkəzi vasitəsilə hər həftə müxtəlif otellərin karyera günləri təşkil olunur. Həmçinin Bakı şəhər Baş Məşğulluq İdarəsi ilə birlikdə hər ilin may ayının ilk həftəsində ATMU-da əmək yarmarkaları təşkil olunur. ATMU-da Baş Məşğulluq İdarəsi tərəfindən vakant iş yerləri haqqında məlumat verən elektron məlumat sistemi quraşdırılmışdır.
ələbələrimiz isə öz növbəsində dərsə davamiyyətlə yanaşı, ölkədə keçirilən mühim tədbirlərdə-Avroviziya Müsiqi Yarışmasında, “Mədəniyyətlərarası Dialoq Forumlarında”, “Beynəlxalq Teatr və Kino Festivallarında”, YUNESKO-nun Bakı Samitində və s., bir-çox beynəlxalq tədbirlərdə könüllü olaraq bələdçilik ediblər. Artıq Avropa Oyunları üçün ATİ-dən həm işçilər, həm də könüllülər cəlb edilmişdir.

Təlim Mərkəzi ödənişsiz təlimlərlə yanaşı ödənişli təlim paketləri də təklif edir. Bütün təlimlərdə turizm menecmenti sahəsi üzrə nəzəriyyə və təcrübənin sinerjisi nəzərdə tutulmuşdur. Sonda qiymətləndirmədən uğurla keçən şəxslər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi sertifikatlarla təltif olunurlar. Təlimçilər programları dünya standartlarına uyğunlaşdırmışlar. Mərkəz həmçinin sifariş əsasında təlim paketləri tərtib edir.

Təlim mərkəzi həmçinin Regional Inkişaf İctimayi Birliyi,Azərbaycan Respublikası Gənclər Fondu, Pasha Travel, Falcon Luxury Travel, Zaker Travel ilə əməkdaşlıq çərçivəsində təlimlər təşkil etmişdir.

  • Təlim Bələdçisi

    Təlimi Kursun programı WFTGA-in standartlarına uyğunlaşdırılmışdır. 4 aylıq kursun sonunda attestasiyadan keçeən şəxslərin adı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin internet səhifəsindəki bələdçilər siyahısına əlavə olunur.
  • Otel Menecmenti Programı

    Təlimlər Horeca konsultinqin qonaqpərəvlik sənayesinin nümayəndəsi olan təlimçilər qrupu tərəfindən 6 modul üzrə həyata keçirilir. Məqsəd “Junior Manager” programının tətbiqidir.
    1. Qonaqpərvərlikdə Maliyyə
    2. Otellərdə qida və içki servisi
    3. Mətbəz ustad dərsi
    4. İnsan resurslarıın idarə edilməsi
    5. SPA
    6. Otellərdə təmizlik xidmətinin təşkili
  • Turoperator və turagent

    Təlimin müddəti 2 aydır. Birinci at ərzində iştrakçılar Turoperator və turagent işinin təşkili və Beynəlxalq turizmin coğrafiyası mövzularına dair elmi biliklərə yiyələnirlər. İkinci ay isə iştirakçılar müvafiq sahə üzrə praktiki işlərdə iştirak edirlər.

 

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…