Boloniya sistemi

2001-ci ildə ölkəmizin Avropa Şurasının üzvlüyünə qəbul edilməsi Azərbaycanın Avropa məkanına inteqrasiya olunması prosesini daha da sürətləndirdi.

A
zərbaycan dövləti cəmiyyətin inkişafında birmənalı olaraq əvəzsiz sayılan təhsil sahəsinin Avropa təhsil məkanına inteqrasiyanı prioritet elan etdi.Qeyd etməək lazımdır ki, təhsildə Boloniya prosesinə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunan konfransda 4 ölkə - Almaniya, İtaliya, Böyük Britaniya və Fransa təhsil nazirləri tərəfindən “Sarbonna Bəyannaməsi”nin qəbulundan sonra başlandı.

1999-cu ildə isə Avropanın 29-dan çox ölkəsinin təhsil nazirləri İtaliyaya yığışaraq “Boloniya Bəyannaməsi”ni qəbul etdilər. Hazırda bu prosesə 45 ölkə qoşulub. Sənəddə ikipilləli təhsil, təhsilin keyfiyyət amilinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomların Avropa ölkələri tərəfindən tanınması və digər müddəalar əksini tapıb. 2004-cü ildə Avropa Şurası Direktorluğunun təşəbbüsü ilə Strasburq şəhərində təşkil olunan Qafqaz ölkələrinin təhsil nazirlərinin konfransında xüsusi bəyannamə qəbul edildi., 2004-cü ildə Boloniya prosesinə qoşulmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan hesabat Avropa Komissiyasına təqdim edildi.2005-ci il mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Respublikasının Boloniya prosesinə qoşulması ilə bağlı rəsmi sənəd imzalandı. 

B

u sistem ilk dəfə ölkəmizdə 2006-2007-ci tədris ilinin birinci kurslarına qəbul olunanlara şamil edildi.Sənəd “Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu”nun hazırlanması əsasında reallaşdı.Həmin sənədə əsasən ali təhsil müəssisələrində fənlərin sayı, auditoriya saatlarının miqdarı azaldıldı, tələbələr tərəfindən seçilən fənlərə ayrılan saatların miqdarı isə 5%-dən 20%-dək çoxaldıldı, nəzəri həftələr 133-dən 115-ə, semestrlər üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə,humanitar fənlər sayına görə 10-dan 3-ə endirildi. İxtisaslardan asılı olaraq istehsalat təcrübəsi 18 həftə çərçivəsində müəyyən edildi.

Yeni sistemin əsas şərtlərinə ali təhsildə keyfiyyət göstəriciləri səviyyəsinin qaldırılması, kredit sisteminin tətbiqi ilə bərabər, daha iki əsas funksiya-tələbələrin öz mobilliyini təmin etmək və təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları da daxildir.Qaydalarda kredit sistemində təhsil alan tələbələr üçün auditoriya və auditoriyadankənar dərs yükünün həcmi 45 saat nəzərdə tutulur. Bir kredit 15 və ya 22,5 ümumi saata bərabərdir və bütün fənlər üzrə hər tələbə bir semestrdə 30 kredit müəyyənləşdirə bilər. Yaxşı oxuyan tələbələr isə hər semestrdə 8 kreditdən çox olmamaq şərtilə 1 və ya 2 fənn seçə bilərlər. Bakalavr pilləsində tələbələrin 200-250 kredit yığması tələb olunur. Burada bir şərt də var ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə müvafiq fənn imtahanından müvəffəq qiymət almış olsun.

B
u sistemə keçid ümumdünya təhsil sisteminə qovuşmaq deməkdir. Dünyada müəyyən təhsil standartları var.Mövcud standartlar həmin sistemdə əhatəli və səmərəli formada əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycanın təhsil məkanında məhz Boloniya prosesinə xüsusi önəm verilir. Boloniya sisteminin üstünlükləri sırasına daha operativ və müasir biliklərlə silahlanmaq, təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq imkanı da daxildir. Boloniya prosesi təhsil müddətində qazanılan bilik,bacarıq və vərdişlərin səmərəli olmasına xidmət edir.Təhsildə yeni texnologiyaların tətbiqinə,internet resurslarından istifadəyə, tələbələrin sərbəst hazırlığı ilə bərabər, qazandıqları nəzəri billikləri praktikada reallaşdıra bilmək bacarığına üstünlük verən bir prosesdir.

Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizdə Boloniya prosesinin tələblərinə uyğun fəaliyyət göstərən ilk ali təhsil ocağı sayılır.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…