Karyera mərkəzi (6)

"ÖzSüt" restoranlar şəbəkəsində yeni vakansiya.

Vakansiya adı: Qarson
Əmək haqqı: 300 manat

İş barədə məlumat
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək 
- Menyu təqdim etmək və sifarişi qəbul etmək 
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək 
- Qonaqlardan sifarişləri diqqət və nəzakətlə qəbul etmək 
- İş qrafiki: 6 günlük iş həftəsi, növbəli saat 
- Nahar şirkət tərəfdən təmin olunur

Namizədə tələblər
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi (Avropa mətbəxi) 
- Etik davranış qaydalarına sahib olmaqlı 
- Diqqətli, məsuliyyətli və cəld 
- Komandada işləmək bacarığı 
- Gülərüzlü və hörmətli olmalı 
- Dinləmə mədəniyyəti 
- Xarici görünüşünə diqqət göstərməli 
- Danışıq qabiliyyəti yüksək olmalı 
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı 
- Dil bilikləri olanlara üstünlük veriləcək

Əlaqə : 
Telefon (012) 564-21-28
E-mail
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

İngilis dilini yaxşı bilən tələbələrdən ibarət könüllülər qrupu yaradılır.

Könüllülər qrupu, Azərbaycanda ilk dəfə keçiriləcək Dünya İslam Kulinariya Konqressin də iştirak edəcək.  Konqress 5 gün (15-19.07.2019) davam edəcək.

Konqressdəki əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin ofisinin daimi olaraq Azərbaycana keçirilməsi, gələcəkdə bütün bank hesablaşmalarının, yazışmalarının idarəçiliyinin Azərbaycan üzərindən Azərbaycan vasitəsilə aparılmasından ibarətdir.

Konqress çərçivəsində halal qida sərgisi, aşbaz və  qənnadçıların halal mətbəx yarışmaları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək.

Konqres “Dreamland Baku” kompleksinin ərazisində SABİS məktəbinin binasında keçiriləcək.

Könüllü kimi iştirak etmək istəyən tələbələr Cv-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanına göndərməklə yanaşı, ATMU-nun “Karyera və Kommunikasiya” şöbəsinə də müraciət edə bilərlər.

Continental Hotel Baku ATMU-nun “Turizm və Otelçilik” ixtisasında təhsil alan tələbə və məzunlar üçün aşağıdakı vakansiyaları elan edir:

  1. Ön Büro İşçisi (Receptionist)
    2. Bellboy
    Əsas tələb: orta səviyyədə Rus və ingilis dili biliyi
    Öyrənməyə və inkişafa meyilli olmaq.
    Ön büro işçisi üçün qadın və kişi namizədlər, Bellboy üçün isə yalnız kişi namizədlər müraciət edə bilərlər.
    İş rejimi: həftədə 6 gün (növbəli iş rejimi: Saat 08:00-17:00; Saat 14:00-23:00; 23:00-08:00)
    2 ay ərzində həftədə 1 gün 12 saat işləmək lazım olacaq.
    Son müraciət tarixi 05.06.2019
    Maraqlanan namizədlərdən CV-lərini vakansiyanı göstərməklə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərməkləri xahiş olunur. 
    Əlaqə: Karyera və Kommunikasiya şöbəsi
    (+994 12)564 42 33 (118)

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və Otelçilik”, “Marketinq” və “Maliyyə” ixtisasları üzrə təhsil alan tələbələrinin nəzərinə.


Pullman Baku Oteli ATMU-nun “Turizm və Otelçilik”, “Marketinq” və “Maliyyə” ixtisasları üzrə təhsil alan tələbələrini müxtəlif vakansiyalar üzrə yay təcrübəsinə dəvət edir. 
Əsas tələb: İngilis və ya rus dili biliyi;
Aktiv olmaq;
Öyrənməyə meyilli olmaq. 
Təminatlar: Təcrübəçilər üçün seminarlar;
Qidalanma. 
Son müraciət tarixi: 10.06.2019
Maraqlanan namizədlərdən mövzu hissəsində “Pullman Baku otel” və “yay təcrübəsi” qeyd etməklə CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməkləri xahiş olunur.

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsi və Sosial Biznes Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Gənclər və Qlobal Məqsədlər” adlı tədbir keçirilib. BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert Qaiser Navab və siyasi elmlər üzrə fəlsəfə doktoru Məhəmməd Şakil Əhməd ATMU tələbələrinə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) anlayışı, tarixi, qeyd edilən prosesdə gənclərin rolu, Pakistanda gənclərin bu sahədə fəaliyyətləri, müxtəlif yanaşmalar, tənqidi düşüncə tərzinin inkişafı və təhsilin vacibliyi barədə ətraflı məlumat verdilər. ATMU tələbələrini maraqlandıran sualları cavablandırdılar. Tədbirə fikir mübadiləsi şəraitində yekun vuruldu.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bakalavr və magistratura pillələrinin sonuncu kursunda təhsil alan və ATMU Məzunlarının nəzərinə!


Sinteks MMC “Məlumatların daxil edilməsi üzrə inzibatçı” (Data Entry Administrator) vəzifəsi üzrə vakansiya elan edir.


Əsas Tələblər:
Biznesin idarə edilməsi, Menecment, Marketinq ixtisasları üzrə ali təhsil;
Yüksək səviyyədə MS Office Excel biliyi;
Riyazi-analitik bacarıqlara sahib olmaq.


İş qrafiki:
-Tam iş günü
Maraqlanan namizədlər CV-lərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. electron ünvanına göndərə bilərlər.
Əlavə suallarınız yaranacağı təqdirdə ATMU-nun Karyera və Kommunikasiya şöbəsi ilə əlaqə saxlaya bilərsiniz. 
Əlaqə nömrəsi: (+99412) 564 42 33 (118)


Əlaqələndirici şəxs: Səidə Məmmədova

Karyera və Kommunikasiya şöbəsi

14 MART 2019cu ilFairmont Baku Oteli ATMU tələbələrinin təcrübə proqramına cəlb edilməsiylə bağlı təqdimat etmişdir. Təqdimatdan dərhal sonra, maraqlanan tələbələr müsahibəyə dəvət olundu. 53 tələbə müsahibədə iştirak etmiş, bir çox tələbələr öz CVlərini təqdim ediblər.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…