Tələbə təşkilatları

Azərbaycan Turizm İnstitutu Tələbə Gənclər Təşkilatı 2006 – cı ilin 19 oktyabr tarixindən fəaliyyət göstərir. TGT fəaliyyətinin əsas prinsipi tələbələrin və gənclərin təşkilatlanması, ictimai həyatda daha fəal və dövlət quruculuğunda daha məhsuldar iştirakının təmin edilməsidir. TGT İnstitutu daxilində bayram, ictimai tədbirlərin həyata keçirilməsində iştirak edir. 2014 – cü ilin yanvar ayına qədər ATİ TGT 200-ə yaxın müxtəlif mövzulara aid tədbirlər həyata keçirmişdir. TGT – nin strukturu təşkilatın sədri, sədr müavinləri, fakültə və qrup koordinatorlarından ibarətdir. TGT sədri İnstitut daxilində tələbələr arasında keçirilən seçkilər vasitəsi ilə müəyyən edilir. TGT sədrinin səlahiyyət müddəti 3 ildir. Hal – hazırda ATİ TGT – nin sədri Nəqliyyat servisi ixtisasının 3 – cü kurs tələbəsi Ağamir Ağamirovdur. 

Klublarımız

  • Debat klubu
  • Vətənpərvərlər klubu
  • İntellektuallar klubu
  • Virtual Məmləkətim klubu
  • Şən Hazırcavablar klubu
  • Foto klub
  • Rəqs klubu
  • Eko klub
Azərbaycan Turizm İnstitutu Tələbə Elmi Cəmiyyəti 2006 – cı ilin 13 noyabr tarixindən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqaməti adından da göründüyü kimi, tələbələri elmi işlərə cəlb etmək və onların bu sahədəki fəaliyyətini istiqamətləndirməkdən ibarətdir. TEC – in idarə heyəti Sədr və qruplardan seçilmiş nümayəndələrdən ibarətdir.
Bağışlayın, məlumat mövcud deyil
 
ATMU AMEAST klubu (Air Mountain Extreme Adventure Sport Tourism) 2010 – cu il 6 aprel tarixində Azərbaycan Turizm İnstitutunun nəzdində bir qrup gənc tərəfindən yaradılmışdır. AMEAST ilk addımlarını 09.05.2010 tarixində “Heydər Əliyev” zirvəsinə yürüş etməklə atmışdır. Qısa vaxt ərzində klub bir çox yürüş, yariş və layihələrdə aktiv iştirak edərək uğurlar qazanmışdır. AMEAST aktiv fəaliyyətinə görə dəfələrlə diplom, sertifikat və təşəkkürlərə layiq görülmüşdür. AMEAST klub - 06.04.2010 tarixində Klub yarandığı gündən “Azərbaycan Hava və Ekstremal İdman Növləri” federasiyasinin üzvlüyünə qəbul olunmuşdur. Məqsəd – AMEAST-ın yaradılmasında və fəaliyyətində əsas məqsəd Azərbaycanda dağ turizmi sahəsinin inkişafına müsbət təsir etmək və bu sahədə kadrların yetişməsində rol oynamağdır. AMEAST yarandığı gündən özünə üzvlər qəbul edərək bu sahədə kadrların yetişməsində, gənclərin nəzəri və praktiki biliklərinin artırılmasında rol oynamışdır. AMEAST klubun üzvləri bir çox xarici və ölkə daxili ekspedisiyalarda uğurla iştirak etmişdir.
AMEAST klubun rəsmi facebook səhifəsi:
 
Bağışlayın, məlumat mövcud deyil
 
Bağışlayın, məlumat mövcud deyil
iki biliklərinin artırılmasında rol oynamışdır. AMEAST klubun üzvləri bir çox xarici və ölkə daxili ekspedisiyalarda uğurla iştirak etmişdir.
AMEAST klubun rəsmi facebook səhifəsi:
 [/tab_item] [/tabs]

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…