Son xəbərlər (440)

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin (DTA) Statistika və Araşdırma sektorunun müdiri Nicat Abbaslının təqdimatında “Mövcud statistik məlumatlardan istifadə” mövzusunda tanıtım- sessiya keçirilib. ATMU, DTA və Azərbaycan Turizm Bürosunun birgə layihəsi çərçivəsində gerçəkləşən tədbir zamanı turizm statistikasının təhlili, proqnozlaşdırılıması və mövcud hesabatlardan istifadə qaydaları müzakirə olunub.

N.Abbaslının statistik məlumatların əldə olunması ilə bağlı tövsiyyələri Azərbaycan Turizm və Menecment Universitetində müvafiq fənləri tədris edən müəllimlər,eyni zamanda ixtisas tələbələri tərəfindən maraqla qarşılanıb.

”Tədqiqat üfüqlərinizi genişləndirin”layihəsi çərçivəsindəki tədbir fikir mübadiləsi şəraitində başa çatıb.

Dövlət Turizm Agentliyinin (DTA) Statistika və Araşdırma sektorunun müdiri N.Abbaslı görüşün sonunda statistik məlumatların əldə ediməsində DTA rəhbərliyi tərəfindən yaradılan imkanlardan məmnunluqunu bildirib.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının təşkilatçılığı ilə “Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq onlayn dəyirmi masa keçirilib. İ.Əliyeva ATMU-nun tədbirlər planına əsasən marketinq kafedrasının təşkilatçılığı ilə universitet əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fərhad Rəhmanovla tərəf-müqabili olduqlarını deyib. Qeyd edib ki, eyni anda Estoniya, Moldova, Ukrayna, Bolqarıstan və Rumıniyanın universitetləri ilə canlı bağlantıdan faydalanıb görüşmək və əlaqələr yaratmaq ideyası ATMU tərəfindən daha bir ilkə imza atılması deməkdir. Bu görüş tələbə və müəllim mübadiləsinə, faydalılıq əmsalı yüksək dəyərləndirilən təcrübənin tətbiqinə təkan verəcək

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir olub.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Bu il 21 fevral tarixinin mövzusu sərhədsiz dillər adlanır. Qeyd olunan mövzunun gündəmə alınması ölkələr arasında dil sədlərinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə xidmət edir.

ATMU-nun ictimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı, dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova ana dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar.Məruzə və çıxışlarda xüsusi vürğulanıb ki, hələ XVI əsrdə Səfəvilər dövründə Azərbaycan dili geniş vüsət alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə -1918-ci il 27 iyun tarixində- imzalanmış qərarla ana dili dövlət dili elan olunub. Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi sayəsində 58 ildən sonra Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi təsbit edilib, habelə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub,Prezident İlham Əliyev tərəfindən mənəvi sərvətimizə böyük qayğını şərtləndirən bir sıra-“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”-sərəncamlar imzalanıb.” Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur”fikri tədbirin ana xətti kimi diqqətdə saxlanılıb.

”Ana dilimiz-mənəvi sərvətimiz” adlı tədbirdə universitet tələbələri ana dilimizi vəsf edən şeirlərlə çıxış ediblər.Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilim”adlı şeirinin şairin səsində təqdimatı ilə başa çatıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin ziyarət edilməsi, önünə əklil qoyulması, həmçinin bir sıra mərasimlərin keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədovanın təşkilatçılığı ilə fevralın 19-da universitetin bir qrup tələbəsi Bakıdakı Memorial Soyqırım Muzeyində olublar. ATMU tələbələri əvvəlcə XX əsrin ən dəhşətli və faciəli tarixi hadisələrindən biri - Xocalı qətlamını əks etdirən videoçarxı izləyiblər. Sonra muzeydə sərgilənən eksponatlarla tanış olublar.Ekskursiya iştirakçılarına fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və Rusiyanin 366-cı motoatıcı diviziyası tərəfindən törədilən Xocalı soyqrımı barədə ətraflı məlumat verilib.

1 -dən səhifə 110

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…