İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq

16 Sentyabr 2016
Author :  

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təmsilçisi xanım Ufuk Turganer Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. ATMU-nun rektoru professor Cəfər Cəfərov görüş zamanı bildirib ki,ölkələrimiz arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələri möhkəm təməllər üzərində qurulduğundan daim inkişaf edir. Universitetin fəaliyyət dinamikası barədə məlumat verən rektor tədris-təlim-tədqiqat-təcrübə modelinin ixtisaslı kadr hazırlığı prosesində əhəmiyyətli rol oynadığını deyib. Eyni zamanda ATMU-nun Şimali Kipr Türk Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrinin səmərəli olduğunu,universitet tələblərinin yay tanışlıq təcrübəsinin təşkilindən faydalandıqlarını diqqətə çatdırıb. Rektor C.Cəfərov və KKTC-nin Bakıdakı nümayəndəliyinin təmsilçisi U.Turganer mövcud əlaqələr konteksində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…