İkili diplom proqramının həllində maraqlıyıq

16 Sentyabr 2016
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru professor Cəfər Cəfərov ali təhsil müəssisəsində Paris 1 Pantenon - Sorbon Universitetinin nümayəndəsi Florent Prantlong ilə görüşüb. ATMU-nun inkişaf strategiyasını detallı şərh edən rektor C.Cəfərov mümkün əməkdaşlıq imkanlarına münasibət bildirib. Univesitet tələbələrinin Fransanın Paris 1 Pantenon - Sorbon universitetinin təşkil etdiyi yay məktəbində iştirakında, tələbə-müəllim mübadiləsində və ikili diplom proqramının uğurlu həllində maraqlı tərəf olduğu diqqətə çatdırılıb. Görüşdə ATMU-nun Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva,Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəlalə Məmmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…