ATMU tələbələri dünyanın nüfuzlu universitetlərində bir semestr təhsil alacaqlar

16 Sentyabr 2016
Author :  

2016/2017-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universiteti tələbələrindən (ATMU) 10 nəfər ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramları çərçivəsində dünyanın müxtəlif universitetlərində bir semestr müddətində təhsil almaq imkanı qazanıb. ATMU-nun mətbuat xidmətindən bildirilib ki, son iki il ərzində Mövlanə Mübadilə proqramı çərçivəsində fəal iştiraka görə yeni tədris ilinin birinci semestrində Azərbaycan Turizm və Menecment Universitetinin 2 tələbəsi Türkiyə Respublikasının Akdeniz və Sakarya Universitetlərində turizm və sosial iş ixtisasları üzrə təhsil alacaq. Müvafiq olaraq Erasmus+ KA1 proqramı çərçivəsində 2 tələbə Finlandiya Respublikasının Kajaani Universitetində Turizm, 2 tələbə Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində Tərcümə, daha 2 tələbə isə Almaniya Federativ Respublikasının Yade Tətbiqi Elmlər Universitetində Turizm və Menecment ixtisasları üzrə bir semestr müddətində təhsilini davam etdirəcək. Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyə Respublikasının Kastamonu Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq turizm ixtisasının 6 tələbəsi isə adıçəkilən universitetdə oxuyacaq. Qeyd etməliyik ki, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007 – ci ildə bağlanan əməkdaşlıq proqramına müvafiq olaraq sentyabr ayında keçiriləcək tələbə seçimində fərqlənənlər Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 3 il müddətində təhsil ala biləcəklər. Bu bir faktdır ki, indiyədək ATMU məzunlarından 154 nəfər eyni zamanda Avstriya - Azərbaycan Turizm Proqramını uğurla başa vuraraq iki diploma sahibləniblər. Universitet olaraq fəaliyyətinin 11-ci ilində ATMU Fransa Respublikasında və Böyük Britaniya Krallığında fəaliyyət göstərən bir neçə universitetlə əməkdaşlığa dair anlaşmanın imzalanması prosesi ərəfəsindədir. Bugünlərdə universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən Mərakeş Krallığı, Misir Ərəb Respublikası və s. ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirlik rəsmiləri ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin 22 həftəlik istehsalat təcrübəsinin təşkili barədə məqsədyönlü danışıqlar aparılır.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…