Turizm qeyri-neft sektorunun aparıcı sahəsidir

16 Sentyabr 2016
Author :  

9 sentyabr 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində Elmi şuranın iclası keçirilib. ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov tədbirdə çıxışı zamanı bildirib ki, Prezident Ilham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”sərancamından irəli gələn vəzifələr olkə başçısının turizm sənayesinin dinamik inkişafına davamlı diqqət və qayğısının sübutudur. Məhz 1sentyabr tarixli müvafiq sərancamlar turizmin Azərbaycan iqtusadiyyatının aparıcı sahəsi olmaqla yeni mərhələdə inkiışaf tendensiyasının başlanğıcından xəbər verir. E.Aslanov Elmi şuranın gündəliyində yer alan hesabat-məruzələrdə ali təhsil müəssisəsinin fəaliyyət proqramına uyğun olaraq iştirakçılar tərəfindən irəli sürülən təkliflərin icra mexanizmi ilə bağlı fikir mübadiləsi aparılacağını qeyd edib.”Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayevanın “Azərbaycan Turizm və Menecment Universitetində 2016-2017-ci tədris ilinə hazırlığın vəziyyəti” haqqında hesabat-məruzəsində qeyd etdi ki, Ali təhsilin bakalavr səviyyəsində ATMU-nun 13 ixtisası üzrə 470 plan yerindən 467si dolmuş, 454 nəfər qeydiyyatdan keçmişdir. Magistraturanın 9 ixtisası üzrə 96 plan yerindən 82-nə qəbul olsa da, qeydiyyatdan cəmi 53 tələbə keçmişdir. Bununla da, ATMU respublikanın 49 ali təhsil müəssisəsi arasında 99,36% göstəricisi ilə 5-ci yeri tutmuşdur. Elmi şura iclasında ATMU, o cümlədən H.Əliyev lektoriyasının “2016 -2017-ci tədris ili üçün iş planları” və s.cari məsələlər səs çoxluğu ilə təsdiq edildi.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…