Smolensk Dövlət İdman Akademiyasıın nümayəndələri ATMU-da

26 Sentyabr 2017
Author :  

Bu gün (25 sentyabr 2017-ci il) Azərbaycan Turizm və Menecment Universitetində Rusiya Federasiyası Smolensk Dövlət İdman Akademiyasının nümayəndələri ilə görüş keçirilmişdir. Adıkeçən universitetin müvafiq struktur rəhbərlərinə ATMU-nun fəaliyyət tarixi, tədris prosesi, strateji hədəfləri və beynəlxalq əlaqələr sferasında təmsilçiliyin coğrafiyasına dair şəxsən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tərəfindən ətraflı məlumat verilmişdir. İşgüzar müstəvidə keçmiş görüş zamanı əsasən universitetlərarası əməkdaşlığın mümkün  detalları müzakirə olunmuşdur.Smolensk Dövlət İdman Akademiyasının məsul nümayəndələri ATMU ailəsi tərəfindən səmimi qarşılandıqlarına görə universitetin rektoru İlham Mədətova təşəkkürlərini bildirmişlər. 

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…