ATMU ikitərəfli əlaqələri genişləndirir

28 Sentyabr 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru Ilham Mədətov 26 sentyabr 2017 – ci il tarixində İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin   rəhbəri cənab Əsgər Farsini rəhbərlik etdiyi ali təhsil müəssisəsində qəbul edib. Rektor İ.Mədətov ölkələrimiz arasında mövcud olan əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu diqqətə çatdırıb. Söhbət əsnasında qonağa Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyət tarixi, beynəlxalq  əlaqələri, perspektiv planları haqqında ətraflı məlumat verilib. hər iki ölkədə turizmin müasir vəziyyəti, dinamik inkişaf istiqamətləri və mövcud problemlər ətrafında fikir mübadiləsi aparılb. Eyni zamanda müvafiq səviyyədə ikitərəfli əməkdaşlığın konturları müzakirə olunub. Həmin gün (26.09.2017) Azərbaycan Turizm və Menecment universitetində rektor İlham Mədətovla  Rusiya Federasiyasının Q.V.Plexanov adına İqtisadiyyat Universitetinin Turizm, İdman və Qonaqpərvərlik Sənayesi kafedrasının müdiri Aleksey Valeryeviç Kılasovun görüşü keçirilib. Mədəniyyət və turizm nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi- Metodiki Mərkəzin təşkilatçılığı ilə təşkil olunan tanışlıq görüşündə ATMU-nun təhsil,tədris,təcrübə,tədqiqat modellinə əsaslanan fəaliyyətindən danışılıb. Onu da qeyd edək ki, Q.V.Plexanov adına İqtisadiyyat Universitetinin Turizm, İdman və Qonaqpərvərlik Sənayesi kafedrasının müdiri Aleksey Valeryeviç Kılasov universitetin rus bölməsində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrə “İşgüzar və əlamətdar turizm ”  mövzusunda mühazirə oxuyub.

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…