Mayk Hardiyə Azərbaycan Turizm və Menecment Universitetinin fəxri doktoru diplomu təqdim edilib

03 Oktyabr 2017
Author :  

Sentyabrın 29-da ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib. İclasda universitetin rektoru İlham Mədətov bildirib ki, bu ali məktəbin ilk fəxri doktoru adı 6 il əvvəl Elmi Şuranın geniş iclasında BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə verilib. Bu gün isə şura üzvlərinin yekdil qərarı ilə “Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının akademik məsləhətçisi, İngiltərənin Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mark Hardiyə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəxri doktor adının verilməsi mərasimi keçirilir. İngiltərənin Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mark Hardinin həyat və fəaliyyəti barədə rektor İ.Mədətov qeyd edib ki, professor Mayk Hardi 2014-cü ildə İngiltərənin Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru təyin olunub. 1995-ci ildən etibarən Mayk Hardi Britaniya Şurasının mədəniyyətlərarası dialoq, gənclərin məşğuliyyəti (cəlb olunması) və qlobal strateji əməkdaşlıq üzrə Qlobal Proqramının məsul rəhbəridir. Mayk Hardi əvvəlki illərdə Lids Metropolitan Universitetində İqtisadiyyat və Sosial Siyasət kafedrasının rəhbəri və Mərkəzi Lankaşir Universitetində Beynəlxalq Biznes professoru olub.  Britaniya Şurasında təcrübəli menecer kimi formalaşan Mayk Hardi Dünya Bakı və Dünya Bankının İnstitutu, Birləşmiş Krallığın Beynəlxalq İnkişaf Departamenti və Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansı ilə korporativ əlaqələr yaradıb. 1997-2004-cü illərdə Mayk Hardi Fələstin Rifah Assosiasiyası ilə birgə Dünya Bankı tərəfindən maliyyələşən “Fələstin ərazilərində qeyri-hökumət təşkilatlarına dəstək” layihəsinə rəhbərlik edib və Fələstin dövlət sektoru idarəetməsi və Planlaşdırma və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rolunun qiymətləndirməsi layihəsini hazırlayıb. Onun digər mühüm xidmətlərinə Birləşmiş Krallıq adına 1995-ci ildə Kamerunda dövlət idarəçiliyi islahatı proqramları, 1997-ci ildə Sibirdə Avropa İttifaqı texniki dəstək proqramları, 2012-ci ildə Keniyada seçkiqabağı Gərginlik Monitorinqi (Nayrobi Universiteti ilə birgə, 2012) kimi işlər də daxildir. Bu beynəlxalq töhfələrinə görə Mayk Hardi 2011-ci ildə Davos-Klostersdə Dünya İqtisadi Forumunun illik görüşünə dəvət olunub. O, konfranslara, qlobal müzakirələrə və mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik mövzularında araşdırmalara töhfə verməsi ilə də seçilir. Beləki, Mayk Hardi Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansında fəallığı ilə fərqlənib və 2011-ci ilin dekabrında keçirilən Doha Forumunda müxtəlifliyin idarə olunmasında ali təhsilin rolu mövzusunda aktiv əlaqələndirmə sessiyasının moderatoru olub. 2013-cü ilin oktyabrında Yale Universitetinin Qlobal Məsələlər üzrə Cekson Universitetinə mühazirə etməyə  dəvət olunub.  Koventri Universitetinin “Etimad, Transformasiyalar və Sülh” Tədqiqat Mərkəzinin rəhbər komandasının üzvüdür.Mayk Hardi 2012-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanan razılığa uyğun olaraq ölkəmizin mühüm qlobal təşəbbüsü sayılan “Bakı Prosesi”nin və Ümumdünya Mədəniyyətləarası Dialoq Forumlarının akademik məsləhəçisidir. Professor Mayk Hardi  2013, 2015, 2017-ci illərdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının konseptual sənədlərinin hazırlanmasında və Forumun beynəlxalq işçi qrupunun üzvü kimi YUNESKO və BMT-nin baş qərargahlarında keçirilən təqdimatlarda əsas çıxışçı missiyasında iştirak edib. “Bakı Prosesi”nə və ölkəmizin mədəniyyətləarası dialoq siyasətinə dair beynəlxalq mətbuatda dəfələrlə müəllif yazıları ilə  çıxış edib. Hazırda Mayk Hardi beynəlxalq akademik ictimaiyyət,  siyasət və hökumət təmsilçiləri üçün nəzərdə tuulan “Bakı Prosesi” barədə kitab üzərində işləyir.Mayk Hardi 2001-ci ildə Yaxın Şərqdə fəaliyyətinə görə OBE (Order of the British Empire) mükafatı ilə təltif edilib və 2010-cu ilin iyununda mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyətinə görə Britaniya Kraliçası tərəfindən  St. Michael and St. George Fəxri Yoldaşlığı mükafatına layiq görülüb.Sonra İ.Mədətov ATMU-nun fəxri doktoru diplomunu təqdim edib.Mayk Hardi bu ali təhsil ocağının professor-müəllim heyətinin və tələbələrin peşəkar vərdişlərə yiyələnmələri üçün bilik və çoxillik peşə təcrübəsini əsirgəməyəcəyini və hər zaman Azərbaycanın və ATMU-nun yaxın dostu olacağını söyləyib.Qeyd edək ki, Mayk Hardi ATMU tələbələrinə “Mədəniyyətlərarası dialoq diplomatiyası” mövzusunda məruzə oxuyub.

114 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…