ATMU əməkdaşı Sankt-Peterburqda keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

13 Dekabr 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşı və doktorantı Sənubər Qənbərova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Tavrida sarayı- MDB ölkələrinin Parlamentlərarası Assambleyasının qərargahında “Parlamentarizmin aktual problemləri-tarix və müasirlik” (“Tavrida məruzələri-2017”) mövzusunda keçirilən  beynəlxalq elmi konfransda aktual məruzə ilə çıxış edib.

Sözügedən konfransa Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya və digər respublikalardan onlarla alim və mütəxəssis qatılıb.

Konfrans Plenar iclasla başlayıb və öz işini müxtəlif bölmə iclaslarında davam etdirib. Beynəlxalq tədbirin gündəliyinə “Rusiya İmperiyasının Dövlət Dumasına seçkilər”, “Bioqrafika”, “Dövlət Dumasının və Dövlət Şurasının fəaliyyəti (1906-1917-ci illər)”, “Rusiya İmperiyası IV Dövlət Dumasının fəaliyyəti”, “1917-ci ildə Rusiya parlamentarizmi”, “Parlamentarizm mövzusunun mətbuatda əks olunması”, Rusiya parlamentarizminin regional ölçüsü”, “MDB dövlətlərində parlamentarizmin inkişafının aktual problemləri”, “Xarici parlamentarizm” və ümumilikdə 70-dən çox məruzə  daxil edilib.

ATMU-nun mətbuat xidmətinin məlumatında deyilir ki, S.Qənbərovanın “1918-1920-ci illərdə Azərbaycan Parlamenti” mövzusunda məruzəsi konfrans iştirkçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi deyib ki, “ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bu ərəfədə belə bir mötəbər məclisdə Azərbaycan parlamentinin   çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlməsindən detallı söz açmaq mənim üçün böyük fəxrdir”. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında  qurub,- deyən S. Qənbərova diqqətə çatdırıb ki, Azərbaycan  Xalq Cümhuriyyətnin Parlamenti cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq fəxrlə deyə bilərik ki, özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini bütün dünyaya sübut edə bilib.

Qeyd etmək lazımdır ki, “Tavrida məruzələri” illik konfransları 2007-ci ildən etibarən hər il parlamentarizmin tarixini öyrənmək və yaymaq məqsədilə keçirilir. Konfransın yekununda elmi məqalələr toplusu dərc olunur.

63 Views
Orxan Abdullayev

İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…