"Azərbaycan-Avstriya Turizm Proqramı" çərçivəsində ATMU müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatları təqdim olunub

14 Dekabr 2017
Author :  

Avstriyanın ölkəmizdəki səfirliyində "Azərbaycan-Avstriya Turizm Proqramı"-nın ənənəvi məzun görüşü çərçivəsində   AATP proqramında 5 ildən çox pedaqoji fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərinə İMC Krems Tətbiqi Elmlər Universitetinin sertifikatlarının təqdim edilməsi mərasimi keçirilib.

 Tədbirdə ATMU-nun rektoru İlham Mədətov, ali təhsil müəssisəsinin prorektorları Eldar Aslanov, İranə Əliyeva, ATMU-nun qurucu rektoru və hazırda ADPU-nun rektoru Cəfər Cəfərov, Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Axel Wech, İMC KREMS TEU-nun rektoru xanım Eva Verner, AATP üzrə Proqram Direktoru cənab Yens Peter Ennen, İMC KREMS TEU-nun sertifikatını alan müəllimlər, həmçinin proqramın məzun- tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Avstriyanın Azərbaycandakı səfiri cənab Axel Wech açaraq iki ölkə arasında mövcud olan siyasi və mədəni əlaqələrin əhəmiyətindən danışıb. İMC KREMS TEU-nun rektoru xanım Eva Verner isə iştirakçıları salamladıqdan sonra rəhbərlik, tələbə və müəllim heyətindən "Azərbaycan-Avstriya Turizm Proqramı" çərçivəsində əvəzedilməz xidmətlərinə və dəstəyinə görə ATMU-nun qurucu rektoru və hazırda ADPU-nun rektoru cənab Cəfər Cəfərova, sədaqətli müəllim kimi 5 ildən çox pedaqoji fəaliyyəti olan 9 müəllimə, həmçinin proqramı uğurla başa vurmaqla kifayətlənməyib, proqramda fəaliyyətini  davam etdirən daha 3 nəfər ATMU  məzununa mükafatlar  təqdim olunub.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tədbirin rəsmi hissəsindəki çıxış nitqində qeyd edib ki, Azərbaycan-Avstriya Turizm Proqramından 10 il ərzində ümumilikdə 175 nəfər (162 nəfər bakalavriat və 13 nəfər magistratura səviyyəsi üzrə) məzun olub. AATP məzunlarından bir çoxu hazırda  turizm sənayesinin aparıcı sahələrində böyük nüfuz sahibidirlər. ATMU ailəsi olaraq turizm sənayesinin dinamik inkişafı naminə faydalı və səmərəli əməkdaşlığa böyük önəm veririk.

Mərasim  əyləncəli konsert proqramı ilə başa çatıb. 

 

 

201 Views
Orxan Abdullayev

İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…