Print this page

ATMU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə tədbir olub

26 Dekabr 2017
Author :  

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, harada yaşamasına baxmayaraq dünya azərbaycanlılarının birlik və həmrəyliyinin dövlət səviyyəsində bayram  edilməsi  ümummilli lider Heydər Əliyevin xalqımız və vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.  Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Davamlı yüksəliş yolunun bir millət olaraq həmvətənlərimizin monolit birliyindən keçdiyini deyən rektor İ.Mədətov  “Avropada, Asiyada,  Amerikada və dünyanın digər guşələrində yaşayan soydaşlarımızın vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izlədiklərini, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm quruculuq işləri və qazanılan nailiyyətlərlə fəxr etdikləri” fikrini xüsusi vurğulayıb.Azərbaycanın bütün  dünyada barış və sülh ölkəsi kimi tanındığını, müxtəlif illərdə tarixləşən mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini detallı faktlarla isbatlayıb. Hər bir ölkənin strateji məqsədləri sırasında  ixtisaslı kadr hazırlığı prosesinin olduqca məsuliyyətli və şərəfli vəzifə sayıldığını qeyd etməklə bərabər, Azərbaycan üzrə ilklərə imza atan Turizm və Menecment Universitetində bu ənənənin hər zaman qorunub saxlanacağına əminliyini bildirib.

Rektor çıxışının sonunda professor-müəllim, inzibatı və tələbə heyətini qarşıdan gələn  bayramlar münasibətilə təbrik edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə təşkil olunan tədbir universitet tələbələrinin tərtib etdikləri musiqi çələngi ilə  başa çatıb.

277 Views
Orxan Abdullayev

İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Latest from  Orxan Abdullayev

Related items

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…