Azərbaycan Turizm və Menecment Universitetində aparılan elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq jurnallarda

29 Yanvar 2018
Author :  

Universitetin əməkdaşları Turizm və Qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərovanın “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” və Menecment kafedrasının müəllimi Aqil Vəliyevin “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” adlı məqalələri Rumıniyanın Spiru Haret Universitetinin İqtisadi seriyasına daxil edilib. Jurnal istinad indeksinə malik olmaqla sahə üzrə tanınmış tədqiqatların yayılmasını təmin edir. “İqtisadi artımda turizm nəqliyyatının inkişafının rolu” məqaləsində turizmin inkişafında nəqliyyatın rolu, turizm nəqliyyatında beynəlxalq təcrübə və ölkədə nəqliyyat turizminin mövcud vəziyyəti araşdırılaraq təhlil olunmuş və gələcək inkişafı üçün təkliflər verilib. “İqtisadiyyat, mədəniyyət və mədəni diplomatiya arasında əlaqə” məqaləsində isə “iqisadiyyat” və “mədəniyyət” arasında zidiyyətlər araşdırılaraq mədəniyyətin iqtisadi inkişafa necə təsir etdiyi müəyyənləşdirilmiş və ölkəmizin iqtisadi inkişafında mədəniyyətin rolu təhlil edilmişdir.

254 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…