ATMU-nun kafedra müdiri “Ali təhsil müəssisələri mühitində qonaqpərvərlik sənayesi üçün səriştənin formalaşması”adlı beynəlxalq konfransda çıxış edib

05 Fevral 2018
Author :  

24-25 yanvar 2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev Rusiya Federasiyasının Moskva şəhərində keçirilən AMFORHT beynəlxalq assosiasiyasının “Ali təhsil müəssisələri mühitində qonaqpərvərlik sənayesi üçün səriştənin formalaşması”mövzusuna dair  konfransın iştirakçısı olub. Konfransın gündəliyinə ATMU təmsilçisinin və digər iştirakçıların “Ali təhsil müəssisələri mühitində qonaqpərvərlik sənayesi üçün səriştənin formalaşması”na həsr olunan məruzələri daxil edilib. Konfransın işində müzakirə predmeti kimi tələbələrin praktik məşğələlərdə iştirakı məsələsinə daha çox diqqət yetirilib. Qeyd etmək lazımdır ki, kafedra müdiri N.Quliyevlə AMFORHT beynəlxalq assosiasiyasının vitse-prezidenti və Paul Bocuse İnstitutunun müəllim - tədqiqatçısı Martin Ferri arasında görüş zamanı 2019-cu ildə keçirilməsi planlaşdırılan növbəti beynəlxalq tədbirə ATMU-nun ev sahibliyi etməsi məsələsi  müzakirə  olunub. Konfransın işində Fransa, Qazaxıstan, Özbəkistan, Belarus və Ukraynanın nüfuzlu ali təhsil müəssisələrinin  professor-müəllim heyəti iştirak edib.

395 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…