ATMU-da Elmi şuranın iclası keçirilib

02 Mart 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının iclası keçirilib.  ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, iclasın gündəliyinə “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr,o cümlədən cari məsələlər daxil edilib. Tədris işləri üzrə prorektor İranə Əliyeva  “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəsində qeyd edib ki, universitetdə 3 fakültə üzrə keçirilən imtahanlarda bakalavr pilləsində təhsil alan 1595 nəfər tələbədən 1555-i, magistr pilləsində isə 164 nəfərdən 159-u imtahan sessiyasında iştirak edib. Yazılı imtahan nəticələrinin operativliyini təmin etmək məqsədilə universitetin professor-müəllim heyəti ilə yanaşı, sənayenin tanınmış nümayəndələrinin də yaxından iştirakı səmərəli olub. Sessiya müddətində imtahan qərargahı ilə bərabər,  appelyasiya komissiyasnın fəaliyyəti yekun baldan narazı tələbələrin hazırlıq səviyyəsinin düzgün qiymətlədirilməsinə imkan verib.ATMU Elmi Şurasının 27 fevral 2018-ci il tarixindəki iclasında prorektor İranə Əliyevanın “Qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzəsi qənaətbəxş qiymətləndirilib, müzakirə zamanı irəli sürülən təklif və tövsiyyələrin tədrisin keyfiyyət əmsalı prizmasında həyata keçirilməsi məqsədəuyğun sayılıb. Cari məsələlər səsvermə yolu ilə təsdiq olunub.

333 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…