Azərbaycan Turizm və Menecment Universiteti bu ildən icrasına başlanacaq “ERASMUS+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” layihəsində tərəfdaş kimi iştirak edəcək. Layihənin ölkə üzrə aparıcısı Bakı Biznes Universiteti olmaqla, Azərbaycandan 11, Avropadan isə 5 universitet qatılıb.Layihənin icrasına başlamazdan öncə ATMU-da akademik heyət və tələbələr arasında məmnuniyyət sorğusu keçirilib. Sorğunun keçirilməsində məqsəd mövcud keyfiyyət mərkəzlərinin işinin vəziyyətinə münasibəti öyrənmək və yaxın üç il ərzində Avropa universitetlərindən öyrəniləcək təcrübəni mübadilə etməkdir.
ATMU-da “Keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keyfiyyət sorğuları keçirilib

İlkin Qurbanlı
İT şöbənin operatoru
Latest from İlkin Qurbanlı
- Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Böyük Britaniyanın Middlesex Universitetin də keçirlən beynəlxalq təlimdə
- Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov: Gənclərə və təhsilə daha bir qayğı
- Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub
- Təbrik edirik
- 20 Yanvar: Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi