Print this page

ATMU-da “Keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində keyfiyyət sorğuları keçirilib

10 Aprel 2018
Author :  

 Azərbaycan Turizm və Menecment Universiteti bu ildən icrasına başlanacaq “ERASMUS+” proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi” layihəsində tərəfdaş kimi iştirak edəcək. Layihənin ölkə üzrə aparıcısı Bakı Biznes Universiteti olmaqla,  Azərbaycandan 11, Avropadan isə 5 universitet qatılıb.Layihənin icrasına başlamazdan öncə ATMU-da akademik heyət və tələbələr arasında məmnuniyyət sorğusu keçirilib. Sorğunun keçirilməsində məqsəd mövcud keyfiyyət mərkəzlərinin işinin vəziyyətinə münasibəti öyrənmək və yaxın üç il ərzində Avropa universitetlərindən öyrəniləcək təcrübəni mübadilə etməkdir.

189 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Latest from  İlkin Qurbanlı

Related items

We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…