Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyinat olub

13 Aprel 2018
Author :  

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. 12 aprel 2018-ci il tarixində nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri Vüqar Məmmədovun iştirakı ilə ATMU kollektivinə Anar Eminov prorektor kimi təqdim edilib. Qeyd edək ki, Anar Nazim oğlu Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsindən “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olaraq, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.2006-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Dünya İqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini başa vuran A.N.Eminov 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.2010-cu ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə menecment və marketinq” kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən etibarən isə “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışan A.N.Eminov rus, ingilis və türk dillərini bilir. 2016 – cı ildən “Marketinq” kafedrasının dosentidir. Hal- hazırda elmlər doktoru proqramı üzrə təhsilini başa vurmaq üzrə olan A.N.Eminov yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 70 – dək məqalə, 1 monaqrafiya və 4 dərs vəsaitinin müəllifidir.

186 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…