ATMU-da universitet TEC-in konfransı olub.

16 Aprel 2018
Author :  

Aprelin 12-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) universitetin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə " Sosial işin müxtəlif sahələri” mövzusunda ”   Elmi konfrans  keçirilib.ATMU-nun “Xidmət Mühəndisliyi” fakultəsinin dekanı Sevda Vəzirova  bildirib ki, ATMU TEC-nın təşəbbüsü ilə   adıçəkilən mövzuda  keçirilən tədbirin gündəliyinə Xidmət Mühəndisliyi fakültəsində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrdən Cəmil Əhmədin “Depressiya və intihar”, Fərrux Ələkbərzadənin ”Narkomaniyanın qarşısının alınması”, Fərid Həsənovun”Qadın hüquqlarının pozulması”, Kənan Həsənli və Bəndalı Bəndalıyevin ”Ailədaxili zorakılıq”, Vüsal Sadıqovun ”Tallasemiya xəstəliyi” və Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Əli İsgəndərovun” İnsan alveri” mövzusunda yazdıqları elmi məqalələr daxildir.Universitetin “Xidmət Mühəndisliyi”fakültəsinin dekani Sevda Vəzirovanın  “Funksional xəstəliklər və  psixosomatik problemlər"mövzusunda etdiyi məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edilən fakültənin Beynəlxalq Münasibətlər kafedrasinin müdiri Kənan Allahverdiyev və ATMU  Tələbə Elmi Cəmiyyətinin sədri Qoşqar Rzalı çıxış edərək tələbələrə elmi məqalə yaradıcılığındakı fəaliyyətlərində uğurlar arzulayıblar. ”Sosial işin müxtəlif sahələri” mövzusuna həsr olunan Elmi konfransda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai birliyinin sədri Cəmilə Abdulova,   Əlillik üzrə ekspert, "Uğurun xəritəsi" kiabının müəllifi Murad Məmmədov, Araxçın MMC və Deaf Community komandasının səlahiyyətli nümayəndəsi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2№-li xüsusi internat məktəbinin müəllimi Könül Quliyeva  və ali təhsil müəssisəsinin bir qrup əməkdaşı iştirak ediblər. Rəy və təklliflərini bildiriblər.

İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…