Orxan Musa Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində Ispaniyada keçirilən “Beynəlxalq həftə” tədbirində iştirak edib.

25 Aprel 2018
Author :  

          Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa  Avropa Birliyinin Erasmus+ KA 107 beynəlxalq təhsil layihəsi çərçivəsində 16-20 aprel 2018 – ci il tarixlərində İspaniya Krallığının Valladolid Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq həftə” tədbirinin  iştirakçısı olub. Universitetdən verilən məlumatda bildirilir ki, ATMU 2017-ci ilin avqust ayından adıkeçən ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Beynəlxalq tədbirin təşkilində başlıca məqsəd eyni zamanda məlum layihə çərçivəsində gələcək əməkdaşlıq imkanlarının konturlarını yenidən müzakirə edib, formalaşdırmaqdan ibarət idi. Dünyanın 23dən çox ölkəsini təmsil edən 40–a yaxın ali təhsil müəssisəsi tədbirə iştirakçı statusunda qatılıb. Bir həftə boyunca təşkil edilən tədbirdə ilk öncə Erasmus+ layihəsi çərçivəsində həyata keçirilən məsələlər müzakirə edilib. Müxtəlif iştirakçı universitetlərin qarşılaşdıqları problemlər diqqət mərkəzində saxlanılıb. Elanların verilmə vaxtları, müsahibələrin təşkili qaydaları və nəticələrin açıqlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Qeyd etmək lazımdır ki, 2018 - 2019 – cu tədris ili ərzində ATMU-nun doktorantlarından 3 nəfər, magistrantlarından 3 nəfər və Biznes idarəçiliyi fakultəsinin bakalavr pilləsində müvafiq ixtisasa yiyələnən tələbələrdən daha 1 nəfər Avropa Birliyinin Erasmus+KA107 beynəlxalq təhsi proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində bir semester təhsilalma imkanına malikdir. “Beynəlxalq həftə” çərçivəsində şəhər – gəzinti turları, Valladolid universitetinin Valladolid, Palensiya və Seqoviya şəhərlərindəki kampuslara səfər təşkil edilib.

28 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…