Bir neçə gündür ki, Azərbaycan Turizm və Menecment Universitetinin, o cümlədən daha 4 tələbəsi - Firuz Məcidzadə, Ərəş Paşayev, Məhəmməd İbrahimli , Murad Bilalov Çin Xalq Respublikasının Hubei Politexnik İnstitutu nəzdində fəaliyyət göstərən Hubei Peşə Texniki Kolleci və ATMU arasında bağlanan "Beynəlxalq otellərin idarəetməsi üzrə birgə sertifikasiya proqramı" çərçivəsində adıçəkilən ölkədə 5 aylıq istehsalat təcrübəsini uğurla davam etdirirlər. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki,peşəkarlıq vərdişlərinin qazanılmasını şərtləndirən 5 aylıq istehsalat təcrübəsidə tələbələr mühitə adaptasiya məqsədi ilə adıçəkilən institutda bir sıra dərs və dərsdənkənar məşğələlərin dinləyicisi və Hubei TV-nin qonaği olublar. Çin dili, kalliqrafiya və kunq fu dərslərində iştirak edib,könüllü qanvermə aksiyasına qoşulublar.
ATMU tələbələri Çində təcrübə semestrindədir

İlkin Qurbanlı
İT şöbənin operatoru
Latest from İlkin Qurbanlı
- Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Böyük Britaniyanın Middlesex Universitetin də keçirlən beynəlxalq təlimdə
- Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov: Gənclərə və təhsilə daha bir qayğı
- Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Amerika Ticarət Palatası arasında əməkdaşlıq imkanları müzakirə olunub
- Təbrik edirik
- 20 Yanvar: Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi