ATMU-da jurnalist-araşdırmaçı Dilqəm Əhmədlə görüş olub

10 May 2018
Author :  

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamı dövlətçilik tariximizdə çox mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi və onun nailiyyətlərinin gənc nəslə çatdırılması istiqamətində məsul vəzifələr qoyub. Dövlətimizin başçısının 2018-ci il 10 yanvar tarixli digər Sərəncamına əsasən, cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu yubileyə dövlət səviyyəsində çox böyük önəm verilməsinin bariz göstəricisi, tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümüdür.Bu günlər Azərbaycan Turizm və Menecment  Universitetində AXC-nin 100 illiyinə həsr olunan  silsilə görüş,tədbir və yığıncaqlar təşkili olunur. Ali təhsil müəssisəsinin "Menecment" kafedrasının təşkilatçılığı ilə Azərbaycan mühacirət tarixinin tədqiqatçısı, publisist Dilqəm Əhmədlə görüş olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılrının həyatına həsr edilən “Mühacirlərin dönüşü” (2017) və “Fərqlilər” (2015)   adlı kitabların təqdimatı keçirilib.“Menecment” kafedrasının müdiri İsrayıl İsgəndərov tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Tədbirdə çıxış edən Dilqəm Əhməd  diqqətə çatdırıb ki,Türkiyədə yaşadığı dövrdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir fotolar, arxiv sənədləri toplayıb. O, mühacirlərin ailə üzvləri ilə əlaqə quraraq, onların şəxsi arxivlərində saxlanılan və bu günə kimi geniş ictimaiyyətə məlum olmayan sənədləri əldə etməyə müvəffəq olub. İştirakçıların çoxsaylı suallarını cavablandırıb.

295 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…