Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu

11 May 2018
Author :  

Mayın 10-da Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva ali təhsil müəssisəsində təşkil olunan növbəti tədbirin məhz Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib. Bir dəqiqəlik sükut elan edib.Universitetin Elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov detallı məruzəsində diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və şəriksiz müəllifidir. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləyib.Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki ulu öndərimizin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. A.Eminov qeyd edib ki, zəngin təcrübəli və yeni təfəkkürlü siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı.1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut etdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin etdi. Ümummilli liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb oldu. Böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaratdı. Məhz Ulu öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi. Bu strateji xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 ildir ki, uğurla davam etdirilir. A.Eminov “xalqın və dövlətin gələcəyini məhz yüksək ixtisaslı, peşəkar, vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə gənci təhsil almaq üçün xaricə göndərmişdi”-dedi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən 100-lərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil alıb. Fəxrlə deyə bilərəm ki, Dövlət Proqramından bəhrələnənlərdən biri ATMU-nun dekanı Rəhman Səfərov və birdə mənəm. Bu şansı qazandığıma görə xoşbəxtəm.Ulu öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil olunan tədbirdə ATMU tələbələrinin təqdimat-məruzələri professor-müəllim, tələbə və inzibati heyət üzvləri tərəfindən maraqla qarşılanıb. 

26 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…