2017/2018-ci tədris ilində universitetdə 51 adda tədris-metodiki vəsait çap olunub

11 May 2018
Author :  

Azərbaycan Turizm və Menecment Universiteti yarandığı gündən tədris-metodiki işin keyfiyyətini daha da artırmaq üçün müvafiq tədbirlər sistemli şəkildə davam etdirilir. Bu baxımdan, tədris olunan fənlərin yeni fənn proqramı və dərsliklərlə təminatı sahəsində vəziyyətin yaxşılaşdırılması diqqət mərkəzindədir. Fəaliyyət göstərdiyi 12 il ərzində Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları tərəfindən hazırlanan 240 adda fənn proqramı, metodiki vəsait, metodiki göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub. 2017/2018-ci tədris ilində universitetdə 51 adda tədris-metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 22-si isə metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir.Nəşrlər Azərbaycan Turizm və Menecment Universitetində tədris aparılan ixtisaslara müvafiq olaraq hazırlanmış və tədrisdə istifadəsi zəruridir. Belə ki, universitetin rektoru İlham Mədətovun və dos. Məhərrəm Zülfüqarlının həmmüəllifliyi ilə hazırlanmış “Azərbaycan tarixi” dərsliyi son dövrlərdə ölkə tarixinə yeni yanaşmanın göstəricisi olmaqla, dəqiq faktlara əsaslanır. Dərslikdən istifadə tələbələrdə doğma vətənin tarixinə aid məlumatları daha dərindən və düzgün mənimsəməkdə yardımçı olacaqdır. Həmçinin, p.e.d. İranə Əliyevanın yeni təlim metodologiyalarına əsaslanaraq hazırladığı çoxcildli “Rus dili” dərs vəsaiti tələbələrdə dil öyrənmədə asan mənimsəmə imkanlarını verir. Azərbaycan iqtisadiyyatının son 25 ildə müstəqillik dövründə-ümumi xarakteristikası, makroiqtisadi, sektorlar üzrə və regional analizi, beynəlxalq iqtisadi sistemlərlə inteqrasiya prosesi və investisiya imkanları dos. Anar Eminovun həmmüəllifi olduğu “Müstəqilliyin 25 ilində Azərbaycan iqtisadiyyatı” dərs vəsaitində öz əksini tapmışdır. Universitetin menecment kafedrasının əməkdaşlarının kollektiv əməyi nəticəsində hazırlanan “Menecmentin əsasları” kitabı menecment nəzəriyyələri, menecmentin əsas anlayış və funksiyaları, o cümlədən menecment alətləri və risk, stress, antiböhran menecmentinin dərk olunması, həmçinin praktiki iş zamanı tətbiq olunması üçün ölkə səviyyəsində yazılan ən yaxşı dərs vəsaitidir.Nəqliyyat servisi ixtisasının tələbələri üçün nəzərdə tutulmuş milli və beynəlxalq nəqliyyat hüququnun oxşar və fərqli cəhətlərini, eləcə də nəqliyyat daşımaları ilə əlaqəli qanunversicilik aktlarını toplu şəklində təqdim edən h.e.n. Avtandil Bayramovun həmmüəllifliyi ilə hazırlanmış “Nəqliyyat hüququ” adlı dərs vəsaiti bu istiqamətdə təhsil alan tələbələr üçün xüsusi töhvədir.  Turizmdə işlənən sözlərin, terminlərin izahlı və anlaşılan şəkildə tələbələrə, həmçinin sənaye əməkdaşlarına çatdırılması məqsədilə “Dillər” kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “İzahlı turizm terminləri lüğəti”  bu sahədə bir ilkdir.İnformasiya Sisteminin iqtisadi cəhətdən səmərəli tətbiqinin təmin edilməsi və  biznes proseslərin modelləşdirilməsinin əsasında dayanan “İqtisadi İnformatika”nın əsaslarını özündə əks etdirən və Nəqliyyat, İnformasiya Texnologiyaları və Təbiət elmləri kafedrasının əməkdaşları dos. Flora Ələsgərova və Aliyə Hacıbəylinskaya tərəfindən hazırlanaraq rus dilli qruplar üçün tədrisi nəzərdə tutulan dərs vəsaiti universitetdə ilk dəfə olaraq tələbələrə təqdim olunur.Müstəqillik qazanıldıqdan sonra ölkə rəhbərliyi səviyyəsində təşkilinə xüsusi önəm verilən və mübarizə üçün xüsusi struktur yaradılan qida məhsullarının təhlükəsizliyinə, eləcə də qidalı məhsullarının insan orqanizminə mənfi təsirlərinin azaldılmasına xidmət etmək məqsədilə ixtisas kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Xammal və qida məhsullarının təhlükəsizliyi” kitabı “Qida məhsulları mühəndisliyi” ixtisasında təhsil alan tələbələr üçün əvəzsiz töhvədir.Həmçinin nəşrlər içində mədəniyyət tarixinə, memorial muzeylərin fəaliyyətinə, tələbələrdə yaradıcılıq təxəyyülünün inkişafına önəm verilən çox dəyərli tədqiqatlar yer alır. Akademik dürüstlüyün qorunması məqsədilə Müəllif Hüquqları Agentliyindən nəzarət markaları alınaraq nəşr olunan kitabların hər birinin üzərinə vurulmuş və kitabların iki nüsxəsi milli kitabxanaya təqdim olunmuşdur.

199 Views
İlkin Qurbanlı

İT şöbənin operatoru

Bizimlə əlaqə

Sizi maraqlandıran istənilən sualla bağlı müraciət edə bilərsiniz

  • Ünvan: Koroğlu Rəhimov 822/23
  • Tel: +994 12 5644233
  • Email: info@atmu.edu.az
  • Poçt indeksi: AZ1072

Tələbələr bizim haqda nə fikirləşir?!

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…